Bir gün zolaqlı kostyumlu cənab şəhərə gəzməyə çıxır və yolüstü bir meyvə satandan alma almaq istəyir. Amma hiyləgər meyvə satıcısı onu aldadaraq əsl alma əvəzinə plastmas alma verir. Biz sizə bundan sonra baş verən bütün hadisələr barədə danışmayacağıq, amma əmin ola bilərsiniz ki, qırmızı alma kiçik şəhərdə çoxlu problem yaradacaq. Yan Löfün parlaq üslublu və gözəl illüstrasiyalı nağılı 51 il əvvəl qələmə alınıb, amma o, əsl sənət incisi kimi hər zaman maraqlı və aktual olaraq qalır.
Müəllif: Jan Lööf
Nəşriyyat: Qanun nəşriyyatı
Dil: AZE
Cild: bərk
Səhifə sayı: 32