
Bakı12
Rəqəmsal dələduzluq ilə mübarizə bölməsinin Mütəxəssisi

Negotiable
Rəqəmsal dələduzluq ilə mübarizə bölməsinin Mütəxəssisi
Verified3 days ago
Description
Müştəri əməliyyatlarının (kart, internet bankçılıq, mobil bankçılıq, POS və ATM əməliyyatları) real vaxt rejimində monitorinqinin aparılması; Monitorinq sistemi vasitəsilə daxil olan xəbərdarlıqların təhlili və müvafiq tədbirlərin görülməsi; Kart və digər rəqəmsal kanallar üzrə baş verən dələduzluq insidentlərinin təhlili, trendlərin və qabaqcıl təcrübələrin izlənilməsi, qabaqlayıcı tədbirlərin və qayda dəyişikliklərinin təşəbbüs edilməsi; Risk göstəricilərinin müəyyən edilməsi və təkrarlanan ssenarilərin qarşısının alınması məqsədilə təkliflərin hazırlanması; Rəqəmsal dələduzluq üzrə daxil olan müraciətlərin və şübhəli əməliyyatların təhlili və müştərilərlə kommunikasiya; Nəticələrə əsasən plana uyğun tədbirlərin həyata keçirilməsi; Qrupun səlahiyyətində olan məsələlər üzrə daxili və xarici sorğuların idarə olunması.
Tələblər:
Kompüter elmləri, statistika, iqtisadiyyat, informasiya sistemləri və ya informasiya təhlükəsizliyi üzrə bakalavr təhsili arzuolunandır; Bank əməliyyatları, ödəniş sistemləri və kart texnologiyaları sahəsində biliklər arzuolunandır; Kart əməliyyatları, mobil bankçılıq və digər ödəniş alətləri sahəsində ən azı 1 il bank və ya fintech təcrübəsi; Azərbaycan dili – səlis, İngilis dili – texniki terminologiya səviyyəsində, Rus dili biliyi – arzuolunandır; Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook və s.) və sorğu idarəetmə sistemləri (JIRA, OTRS və s.) ilə işləmə bacarığı; SQL (Oracle) üzrə biliklər – DQL və DML komandaları ilə işləmə bacarığı; Analitik düşünmə qabiliyyəti və detallara diqqətlilik; Məsuliyyətlilik, operativlik və komanda ilə işləmə bacarığı; Yeni texnoloji alətləri öyrənməyə açıq olmaq.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: Unibank Kommersiya Bankı
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/unibank/unibank-reqemsal-deleduzluq-ile-mubarize-bolmesinin-mutexessisi-10527890/apply
ADVERTISEMENT








