Prayk
Risklərin idarə edilməsi departamenti, Kredit və bazar risklərinin təhlili şöbəsi, aparıcı mütəxəssis/böyük mütəxəssis — Maliyyə, Bakı
Negotiable

Risklərin idarə edilməsi departamenti, Kredit və bazar risklərinin təhlili şöbəsi, aparıcı mütəxəssis/böyük mütəxəssis

Analyzed1 months ago
CityBakı
CategoryFinance

№4879644·Views: 7

Description

Kredit portfelinin məhsul, sektor, müştəri seqmenti və digər əsas göstəricilər üzrə təhlil edilməsi, əsas kredit risk indikatorlarının monitorinqi və risk meyillərinin müəyyənləşdirilməsi;Kredit risklərinin stress-test, ssenari və sensitivlik təhlilləri, o cümlədən Vintage, Roll-Rate/Migration və digər analizlər vasitəsilə qiymətləndirilməsi, nəticələr üzrə təklif və fəaliyyət planlarının hazırlanması;Bankın əsas risk göstəricilərinin, limitlərinin və Risk İştahası indikatorlarının monitorinqi, kənarlaşmaların müəyyən edilməsi və müvafiq tədbirlərin koordinasiyası;IFRS 9/ECL və prudensial ehtiyatlar üzrə məlumatların hazırlanması və yoxlanılması, ehtiyatların dinamikasının təhlili və proqnozlaşdırılması, kənar audit prosesində iştirak edilməsi;Daxili risk reytinqi və scoring sistemlərinin dövri əks-yoxlanılması və validasiyası, model performansının qiymətləndirilməsi və davamlı təkmilləşdirilməsi;Kredit risklərinin təhlili və idarə edilməsi üzrə qayda, metodologiya və prosedurların, həmçinin onlara əlavə və dəyişikliklərin hazırlanmasında iştirak edilməsi;Bankın likvidlik mövqeyinin, LCR, NSFR, ani likvidlik, likvidlik GAP-ı, likvidlik buferi və maliyyələşmə mənbələrinin monitorinqi, likvidlik riskləri üzrə stress-test və ssenari təhlillərində iştirak edilməsi;Faiz dərəcəsi, valyuta və digər bazar risklərinin, o cümlədən açıq valyuta mövqeyi, faiz həssaslığı və risk limitlərinin monitorinqi, bazar riskləri üzrə stress-test və həssaslıq təhlillərində iştirak edilməsi. Tələblər: Ali təhsil (iqtisadi, maliyyə, statistika, riyazi və ya əlaqəli sahə üzrə ixtisas);Kredit, bazar və likvidlik risklərinin təhlili sahəsi üzrə iş təcrübəsi; Mərkəzi Bankın normativ xarakterli qaydaları və bank məhsulları üzrə biliklər;Microsoft Office proqramları və Oracle SQL üzrə yüksək səviyyədə işləmək bacarığı;Likvidlik və bazar riskləri üzrə biliklər və praktiki təcrübə arzuolunandır;FRM, CFA və ACCA sertifikatlarının olması arzuolunandır;Analitik və tənqidi düşünmə, təhlil və qərarvermə bacarığı;Məsuliyyətlilik, dəqiqlik və çeviklik;Effektiv ünsiyyət və komandada işləmək bacarığı;Azərbaycan dilində səlis, ingilis dilində yaxşı yazılı və şifahi ünsiyyət bacarığı. Vakansiya növü: Tam ştat Şirkət: Expressbank ASC Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/expressbank/expressbank-risklerin-idare-edilmesi-departamenti-kredit-ve-bazar-risklerinin-tehlil-89800692/apply
ADVERTISEMENT