Sea Breeze, Park Residences 2-də memarın özü üçün təmir etdiyi 60 m² mənzil satılır!
Mənzilin sahibi memardır və bu evi satmaq üçün yox, özü yaşamaq üçün təmir edib. Fərq də elə buradadır: bahalı materiallar seçilib, hər detal funksional olaraq düşünülüb, sahənin hər metri istifadə olunub. Hazır mənzillərdə belə təmirə nadir rast gəlinir.
Mənzil 7 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. Pəncərələr lunaparka açılır, binanın qarşısında parkinq yeri var. Tavan hündürlüyü 3.32 m-dir, fərdi kombi istilik sistemi var.
Park Residences 2 Sea Breeze-in təhvil verilmiş, artıq yaşayış olan komplekslərindən biridir. Ərazidə 4 hovuz, yaşıllıq və yeraltı parkinq var, akvapark və lunapark kompleksin yanındadır.
Köçüb yaşamaq üçün tam hazırdır.
Qiymət: 235 000 AZN. Endirim yeri var, real müştəri ilə danışıq olacaq.
Ətraflı məlumat üçün zəng edin.
Elan nömrəsi 1037
© Murad Məmmədov · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.