Bakıxanovun mərkəzində, parkla üzbəüz — dizayn layihəsi ilə yenilənən mənzil!
Nərmin marketin üstündə, 9 mərtəbəli Leninqrad layihəli binanın 6-cı mərtəbəsində yerləşən mənzil satılır. Bina yeni liftlə təchiz olunub.
Mənzil 2 otaqdan 3 otağa uyğunlaşdırılıb, studio mətbəx nəzərdə tutulub. Planlaşdırma yenilənərək sahədən daha səmərəli istifadə edilib.
Təmir işləri tikinti şirkəti tərəfindən modern üslubda hazırlanmış dizayn layihəsi əsasında aparılır. Layihədə isti döşəmə, müasir təmir materialları və yeni tikili mənzillərin interyer üslubuna uyğun həllər nəzərdə tutulub.
Əsas üstünlüklər:
• Bakıxanovun mərkəzində, parkla üzbəüz yerləşmə;
• yenilənmiş planlaşdırma və studio mətbəx;
• peşəkar hazırlanmış dizayn və texniki layihə;
• tikinti şirkəti tərəfindən Müqavilə (Smeta əsaında) aparılan təmir;
• yeni lift;
• ipoteka ilə alış imkanı.
Hazırda təmir işləri davam edir. Mənzili mövcud vəziyyətdə və ya təmiri tamamlanmış şəkildə almaq mümkündür. Satış qiyməti və təhvil şərtləri seçilən varianta uyğun dəqiqləşdirilir.
Barter mümkündür. Mənzil, digər daşınmaz əmlak və avtomobillə mübadilə təkliflərinə baxılır. Dəyər fərqi və əlavə ödəniş qarşılıqlı razılaşma əsasında müəyyən edilir.
Şəkillərdə mənzilin hazırkı vəziyyəti, planları və nəzərdə tutulan interyerin renderləri təqdim olunur. Renderlər dizayn layihəsini göstərir.
Ətraflı məlumat, barter təklifləri və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.
© Mansur · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.