TƏCİLİ SATILIR — Binəqədi Park Residence Salam. Mənzilimi şəxsi səbəbdən və hazırda kredit ödənişində maddi çətinlik yarandığı üçün təcili satıram. Binəqədi Park Residence-də yerləşən 1 otaqlı, təmirə buraxılmış mənzildir. Mənzildən şəhərə gözəl panorama açılır. Azadlıq prospekti metrosuna maşınla təxminən 6–7 dəqiqəlik məsafədədir. Kompleksdə məktəb, bağça, market və digər sosial obyektlərin olması nəzərdə tutulub. Mənzil hazırda kreditdədir. İstəyən şəxs kredit ödənişlərini öz adına keçirə bilər. Həmçinin şərtlərə uyğun olduğu halda nağd şəkildə də almaq mümkündür. Əsas səbəb: Kredit ödənişində maddi çətinlik yarandığı üçün mənzili gözləmədən satmağa qərar vermişəm. Ona görə də şirkətin hazırkı satış qiymətindən xeyli daha ucuz verirəm. Mənzili almaq fikri ciddi olan şəxslər əlaqə saxlasın. Qiymət və kreditin qalan şərtləri barədə ətraflı məlumatı telefonda deyə bilərəm
© Jalal Gasımov · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.