Xətai rayonu, Gəncə prospektində, 8 Noyabr prospektinin başlanğıcına yaxın ərazidə 2 otaqlı mənzil təcili satılır.
Mənzil 8 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Ümumi sahəsi 60 kv.m-dir. Leninqrad layihəlidir. Mənzil yeni təmirlidir, təmir şəxsi yaşayış üçün keyfiyyətli materiallardan istifadə olunmaqla aparılıb.
Dəniz panoraması və ərazinin təmiz havası mənzilin əsas üstünlüklərindəndir. Binanın giriş və çıxış hissələrində müşahidə kameraları quraşdırılıb.
Yaxınlıqda məktəblər, uşaq bağçaları və digər zəruri infrastruktur mövcuddur. 21, 44, 60, 183, 104 və digər marşrut avtobusları binanın yaxınlığından keçir. Həzi Aslanov metrosuna avtobusla 6–7 dəqiqəlik məsafədə yerləşir.
Mənzilin çıxarışı var və ipotekaya yararlıdır. Şəxsi mülkiyyətimdir, təcili satılır.
© Polad · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.