Greenville Residence-də günəşli, həyət və hovuz mənzərəli 2 otaqlı mənzil — birbaşa sahibindən!
Aral Group-un Greenville Residence premium yaşayış kompleksinin H1 korpusunda, 5-ci mərtəbədə yerləşən, sahəsi 73 m² olan 2 otaqlı mənzil satılır.
Bu mənzili özüm yaşamaq üçün seçmişəm. Mənim üçün ideal olan 5-ci mərtəbə, mənzilin günəş düşən tərəfdə yerləşməsi və balkondan kompleksin həyətinə, hovuzuna açılan gözəl mənzərə seçimimdə əsas rol oynayıb. Təbii işıq alan, işıqlı mənzil axtaran və həyət mənzərəsinə önəm verən alıcılar üçün cəlbedici seçimdir.
Mənzil təmirsizdir (podmayak). İnteryeri, materialları və bütün detalları öz zövqünüzə uyğun seçərək arzuladığınız evi yaratmaq imkanı verir.
Kompleks haqqında:
• Yaşıllıq və istirahət zonaları olan qapalı həyət;
• Uşaq oyun və idman meydançaları;
• Gəzinti və aktiv istirahət üçün sahələr;
• 24 saat mühafizə.
Layihədə həmçinin açıq və qapalı hovuzlar, fitnes və SPA, ticarət sahələri və ikimərtəbəli yeraltı avtodayanacaq nəzərdə tutulub.
Sənəd: tikinti şirkəti ilə müqavilə.
Satış birbaşa mənzil sahibi tərəfindən həyata keçirilir.
QİYMƏT VƏ ÖDƏNİŞ ŞƏRTLƏRİ
Mənzil sahibinə ödəniləcək məbləğ: 123 000 AZN.
Mənzil hazırda kreditdədir. Kreditin bitməsinə 10 ay qalıb, aylıq ödəniş 1 100 AZN-dir. Qalan ödənişlər alıcı tərəfindən davam etdirilməlidir.
Qalan 11 000 AZN kredit ödənişi göstərilən 123 000 AZN qiymətə daxil deyil. Mənzil üçün ödəniləcək ümumi məbləğ, qalan kredit ödənişləri ilə birlikdə, 134 000 AZN təşkil edir.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.
© Əlşan · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.