Elmlər Akademiyası metrosunun düz çıxışında yerləşən premium səviyyəli yaşayış kompleksində, dənizə, Alov qüllələrinə, Teleqülləyə və Hüseyn Cavid parkına möhtəşəm panoraması olan mənzil satılır. Sənədləri tam qaydasındadır, Kupçası (Çıxarışı) var. 19 mərtəbəli yeni tikili binanın 15-ci mərtəbəsində yerləşən mənzil qanuni 2 otaqdan, 2 sanuzeldən ibarətdir və ümumi sahəsi 88.6 m²-dir. Binanın hər mərtəbəsində cəmi 2 mənzil mövcuddur. Mənzilin bütün qapı və pəncərə sistemləri Almaniya brendi olan yüksək keyfiyyətli "Schuco" markasındandır. Kompleks mərkəzi istilik, mərkəzi su və çiller (mərkəzi soyutma) sistemləri ilə tam təchiz olunub. Sakinlərin təhlükəsizliyi üçün binada 24 saatlıq mühafizə xidməti və fasiləsiz işləyən sürətli liftlər fəaliyyət göstərir.
© Kənan · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.