BAKU NAR RESIDENCE-DƏ TAM TƏMİRLİ 2 OTAQLI MƏNZİL SATILIR
Bakı şəhəri, Səttar Bəhlulzadə küçəsində, Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən Mahal MTK tərəfindən inşa olunmuş “Baku Nar Residence” yaşayış kompleksində geniş və tam təmirli 2 otaqlı mənzil satışa təqdim olunur.
Mənzilin ümumi sahəsi 95 kv.m təşkil edir. Sahəsinin geniş olması mənzildə rahat və funksional planlaşdırma aparmağa imkan verir. Mənzil tam təmirli vəziyyətdədir və yaşayış üçün hazırdır. Geniş sahəsi həm rahat ailə yaşayışı, həm də gələcəkdə mənzili fərqli planlaşdırmaq istəyənlər üçün əlavə imkan yaradır.
“Baku Nar Residence” müasir yaşayış komplekslərindən biri olmaqla, əlverişli yerləşməsi və ətraf infrastrukturun zənginliyi ilə seçilir. Kompleksin ətrafında gündəlik həyat üçün lazım olan bütün əsas obyektlər mövcuddur.
Yaxınlıqda “İdrak Liseyi”, “Dünya Məktəbi”, Atatürk Parkı , supermarketlər, apteklər, restoranlar, mağazalar və müxtəlif xidmət obyektləri yerləşir. Bu da ailələr üçün həm təhsil, həm istirahət, həm də gündəlik alış-veriş baxımından rahat şərait yaradır.
Mənzilin yerləşmə üstünlüklərindən biri də nəqliyyat imkanlarının geniş olmasıdır. Azadlıq Prospekti və Gənclik metrostansiyalarına piyada təxminən 15 dəqiqəlik məsafədə yerləşir. Binanın yaxınlığından şəhərin müxtəlif istiqamətlərinə hərəkət edən avtobus marşrutları keçir və dayanacaq birbaşa binanın yanındadır.
Avtomobili olan sakinlər üçün kompleksin qapalı parkingi də mövcuddur. Ərazinin əsas prospektlərə yaxın olması şəhərin müxtəlif istiqamətlərinə rahat çıxış imkanı yaradır.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.Ofis xidmət haqqı alıcı tərəfdən 1% təşkil edir
© Əli Bəy · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.