Bakıxanov qəsəbəsində 3 otağa ideal düzəlmə, kupçalı, tam əşyalı mənzil satılır! Bakıxanov qəsəbəsində, Möcüzə marketin yaxınlığında, 4 mərtəbəli binanın 2-ci mərtəbəsində, 60 kv.m sahəsi olan yaxşı təmirli mənzil satılır. Mənzil 2 otaqdan 3 otağa ideal şəkildə düzəldilib. Üçüncü otaq digər otaqlardan kəsilməyib, böyük balkon bağlanaraq ayrıca otaq edilib. Otağın öz pəncərəsi var. Bütün otaqlar işıqlıdır, gün işığı alır. Mənzilin üstünlükləri: Çıxarış (kupça) var. 60 kv.m, 3 otaq. 4 mərtəbəli binanın 2-ci mərtəbəsi. Yaxşı təmirli. Mebel və məişət avadanlıqlarının hamısı qiymətə daxildir (yalnız bir neçə şəxsi əşya, TV və s. götürüləcək). Su, qaz və işıq daimidir. İstilik sistemi dövlət istiliyidir. Həyətində avtomobil saxlamaq üçün rahat yer var. Girişdə şlaqbaum quraşdırılıb, binanın qapısı açarladır. Ərazi sakit və əsasən bina sakinlərinin istifadə etdiyi həyətdir. Ətrafda yaşayış üçün lazım olan hər şey var: məktəblər, uşaq bağçaları, təhsil və musiqi mərkəzləri, apteklər, marketlər və digər obyektlər. Nəqliyyat baxımından da əlverişli yerdədir: Avtobus dayanacaqları həyətin hər iki tərəfindədir. Bakıxanov dəmir yolu stansiyasına təxminən 5 dəqiqəlik məsafədədir. Elektrik qatarı ilə 28 Maya təxminən 15 dəqiqəyə çatır. Mənzil həm şəxsi yaşayış, həm də kirayə məqsədilə almaq mümkündür. Mənzildə hazırda yaşamaq şərti ilə də alqı-satqı mümkündür. Yəni mənzili aldıqdan sonra müəyyən razılaşma əsasında əvvəlki sakin orada qalmağa davam edə bilər və bunun müqabilində aylıq kirayə haqqı ödəyə bilər. Ətraflı mənzilə baxışda danışılacaq.
Təmirli
© Namiq · yeniemlak.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.