🔥 DƏYƏRİNDƏN UCUZ SATILIR
Tam Kupçalı • 108 m² • 3.5 Sot • Əşyalı
İpotekaya Yararlı • Hazır Gir-Yaşa Ev
Qala qəsəbəsi, 211-ci Qala Küçəsi, 3.5 sot torpaq sahəsində yerləşən, 108 m² sahəyə malik, 3 otaqlı, yerdən kürsülü, tam təmirli həyət evi satılır.
Ev yaşayışa tam hazırdır – alqı-satqıdan dərhal sonra köçüb yaşamaq mümkündür.
Su, qaz, işıq, fiber-optik internet, mərkəzləşdirilmiş kanalizasiya sistemi, kombi, kondisioner, 4 ədəd ip təhlükəsizlik kameraları, 10 tonluq ehtiyat su çəni, seyf qapı və mətbəx mebeli mövcuddur.
Ev geniş qonaq otağı, 2 yataq otağı, tam təchiz olunmuş mətbəx və biri evdə, digəri həyətdə olmaqla 2 sanuzeldən ibarətdir.
Qoşa daşla tikilib, evin altı tam betonlanıb. Divar, tavan və döşəmə istilik və səs izolyasiyası ilə təmin olunub. Bütün pəncərələr ikiqat şüşəli və reşotkalıdır.
Geniş həyətdə ağaclar və güllər, söhbətgah, manqal, depo otağı mövcuddur. Həyətin müxtəlif hissələrinə su və elektrik xətləri çəkilib. Avtomobil üçün rahat giriş var və həyətdə kifayət qədər boş sahə mövcuddur.
Ev bütün mebel və məişət texnikası ilə birlikdə satılır (No-Frost soyuducu, A++ 7 kq paltaryuyan, kondisioner, dolablar, masalar, xalçalar və s.).
Tam kupçalıdır (evin-torpağın çıxarışı var), bütün sənədləri qaydasındadır və ipotekaya yararlıdır. Evə gedən bütün yollar asfaltdır. Məktəb (326 №), bağça və digər zəruri infrastruktur obyektləri piyada məsafəsində yerləşir.
📞 Əlavə məlumat və baxış üçün zəng və ya WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz.
© Samir Bey · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.