UNİON PARK-2 yaşayış kompleksində sahəsi 98.8 kv olan şəxsi istifadə üçün müasir neoklassik üslubda təmir olunmuş mənzil satılır. Kupça var. Qaz, su, işıq daimidir. Mənzildə təmir zamanı bütün texniki şərtlərə əməl olunub, havalanma xətləri və bütün kanalizasiya xətləri binanın texniki şərtlərinə uyğun olaraq qoşulub. Təmir yeni tamamlanıb və təmirdən sonra yaşayış olmayıb. Polu ağlı düyünsüz palıd parketdir. 2 san uzeli isti pol, duş kabin. Bütün otaqlara işıq düşür və pəncərələri gün doğana baxır. Mənzil 2otaqdan 3 otağa düzəlib. Mənzilin içi qonşu mənzillər tərəfindən görünmür. Həyəti 24/7 saat mühavizə olunur. Blokları və liftləri hər gün silinir, zibili xadimələr hər gündə 2 dəfə mənzilin qapısından götürür. Ətrafında özəl və dövlət məktəbləri, futbol akademiyası, özəl və dövlət uşaq baxçaları, marketlər və s. bütün infrastruktur var. Binanın qarşısında ABAD/İDEA tərəfindən salınmış geniş park, uşaq oyun meydançası, böyüklər üçün çoxlu pulsuz trenajorlar, turniklər, futbol meydançası, çoxlu oturacaqlar var. Binanın ətrafında pulsuz parkinq yerləri, həyətində market , uşaq oyun meydançası, gözəllik salonları çay evi, 1 ci mərtəbəsində böyük pullu trenojor zalı var. Binanın yeraltı qaracı var. Binadan 50 metr məsafədə yeni metro stansiyasının açılışı olub və 500/600 metr məsafədə dəmir yolu stansiyası ilə tikilir. Şəxsi mənzilimdir, şəxsi istifadə üçün təmir 2 il müddətdə yekunlaşıb . Real müştərisi olan vasitəçilər vatsapa yazsın. Parketin rəngi açıq rəngdi, şəkildə tünd düşüb. Zəhmət olmasa real alıcısı olan vasitəçilər vatsapa yazsınlar.
© Rövşən · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.