Badamdarda, yeni tikilinin 9-cu mərtəbəsində 122,3 m², 3 otaqlı, tam təmirli mənzil satılır. Çıxarış (kupça) var.
Bu mənzil satmaq üçün deyil, sahibinin özü yaşaması üçün təmir olunub. Dizayn sadədir, amma hər detalda keyfiyyət seçilib. Göz önündə olmayan hissələrə - elektrik və su sisteminə, döşəməyə, tavana - eyni diqqət ayrılıb. Köçüb heç bir əlavə iş görmədən rahat yaşaya bilərsiniz.
PLANLAŞDIRMA
• Geniş qonaq otağı
• Böyük yataq otağı, içində ayrıca kladovka
• Uşaq otağı
• 2 hamam otağı
• Dəhliz
• 2 balkon: böyük balkondan dəniz panoraması açılır, kiçik balkon həyətə baxır
İSTİLİK VƏ KONDİSİONER
• Kombi ilə fərdi istilik sistemi mövcuddur (quraşdırılıb)
• Hər iki hamam otağında yerdən isitmə
• Mərkəzi kondisioner sistemi qurulub: bir aparatla bütün evi həm sərinlətmək, həm də isitmək mümkündür (aparatın özü quraşdırılmayıb)
DÖŞƏMƏ
• 34-cü sinif premium laminat - davamlılığa görə ən yüksək sinif
• Laminat 1,5 sm-lik dikt üzərinə vurulub, altına möhkəm qoruyucu təbəqə döşənib
Mənzilin video turu var, istəyənlərə göndərə bilərik. Baxış üçün əvvəlcədən zəng edin.
© Rəşad · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.