Sea Breeze Resort – Dəniz və Hovuz Mənzərəli Eksklüziv Yaşayış
Sea Breeze Resort-un prestijli ərazisində yerləşən 128 kv.m, 3 otaqlı bu xüsusi mənzil zövqlü və komfortlu həyat axtaranlar üçün ideal seçimdir.
Mənzil 2 sanitar qovşaqdan ibarətdir və tamamilə isti pol sistemi ilə təchiz olunub – ilboyu maksimum rahatlıq təmin edir. Geniş planlaşdırma, funksional bölgü və işıqlı interyer ilk baxışdan fərqini hiss etdirir.
Mənzilin yataq otağında yer alan vitraj pəncərə birbaşa hovuza açılan möhtəşəm mənzərə təqdim edir. Günə suyun və dənizin sakitləşdirici görüntüsü ilə başlamaq istəyənlər üçün əsl fürsətdir. Ümumilikdə mənzil həm hovuz, həm də dəniz mənzərəlidir.
Təmir və dizayn peşəkar türk memar tərəfindən həyata keçirilib, yalnız yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunub. Mənzil satış məqsədi ilə deyil, şəxsi yaşayış üçün hazırlandığından hər detalda keyfiyyət və zövq hiss olunur.
🔹 128 kv.m geniş sahə
🔹 3 otaq, 2 sanitar qovşaq
🔹 Tam isti pol sistemi
🔹 Hovuz və dəniz mənzərəsi
🔹 Vitraj pəncərəli yataq otağı
🔹 Türk memar imzası ilə premium dizayn
Bu mənzil sadəcə ev deyil — status, rahatlıq və dəyərli investisiyadır. Sea Breeze-də fərqli yaşamaq istəyənlər üçün nadir fürsət!
© Orxan · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.