🏡 TƏCİLİ SATILIR! Majestic Park yaşayış kompleksində yerləşən bu möhtəşəm mənzilin qiymətinə 100.000 AZN endirim olunub! Bu ərazidə bu kvadratda və bu qiymətə təmirli mənzil tapmaq demək olar ki, mümkün deyil. Mənzil faktiki olaraq podmayak qiymətinə təklif olunur. Ağ Şəhərin ən prestijli ərazilərindən birində, Qarabağ Atları kompleksinin yaxınlığında yerləşən, 190 m² sahəyə malik 4 otaqlı premium mənzil satışa çıxarılıb. Mənzil yüksək zövqlə və keyfiyyətli materiallardan istifadə olunaraq təmir edilib, tavan hündürlüyü 3,30 metrdir, otaqları geniş, işıqlı və funksional planlaşdırılıb.
✨ Mənzildə 2 sanitar qovşağı mövcuddur, onlardan biri valideyn yataq otağının daxilində yerləşir. Hər otaqdan balkona çıxış var ki, bu da mənzilə əlavə rahatlıq və genişlik hissi bəxş edir. İstilik sistemi tam quraşdırılıb və mənzildə yüksək yaşayış komfortu təmin olunur. Bütün mebel və məişət texnikası satış qiymətinə daxildir, mənzil tam hazır vəziyyətdə yeni sahibini gözləyir. Bundan əlavə, mənzilə məxsus 1 avtomobil qarajı da mövcuddur və qaraj satış qiymətinə daxildir.
💰 Kupçanın yaxın müddətdə təqdim olunması nəzərdə tutulur. Prestijli yerləşməsi, inkişaf etmiş infrastrukturu və yüksək yaşayış standartları ilə seçilən bu mənzil həm komfortlu yaşayış, həm də gələcək üçün sərfəli investisiya imkanı təqdim edir. 100.000 AZN endirim edilmiş bu təklif uzun müddət bazarda qalmayacaq. Ətraflı məlumat almaq və mənzilə baxış keçirmək üçün əlaqə saxlayın. Ofis haqqı 1%-dir. Tələsin, bu fürsəti qaçırmayın!
© Elxan Mirzə · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.