Sea Breeze — 6 sot ərazidə, təmirdən yeni çıxmış fərdi bağ evi
Sea Breeze yaşayış kompleksinin 15-ci dalanında, əsas yoldan cəmi 300 metr aralıda yerləşən bu villa, tam asfalt örtüklü yolla birbaşa əlaqəlidir.
Ev 6 sot torpaq sahəsi üzərində inşa olunub və 5 otaqdan ibarətdir. Daxildə 2 sanitar qovşağı, ayrıca çamaşır otağı, texniki otaq və anbar otağı planlaşdırılıb — gündəlik istifadənin bütün funksional ehtiyacları evin öz daxilində həll olunub.
Həyət tam hazır vəziyyətdədir: hovuz, söhbətgah, manqal yeri, evin arxasında ayrıca sanitar qovşağı və anbar otağı. Yaşıllıq işləri tamamlanıb — ağaclar və ot örtüyü salınıb, telefon vasitəsilə idarə olunan ağıllı suvarma sistemi və təhlükəsizlik kameraları sistemi quraşdırılıb.
Ev bu günədək yaşayış üçün istifadə olunmayıb, təmir prosesi yeni yekunlaşıb — yəni yeni sahibinə tam təmiz, işlənməmiş vəziyyətdə təhvil verilir. Layihə və dizayn zövqlə, vahid üslubda işlənib.
Sea Breeze imtiyazları: Mənzilə aid 5 ədəd qara qolbaq təqdim olunur — kompleksin çimərlik, hovuz və digər infrastruktur imkanlarından tam istifadə hüququ ilə.
Baxış üçün əlaqə saxlaya bilərsiniz.
© Orxan · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.