Ekoloji təmiz Buzovna qəsəbəsində, Buzovna Zaqulba yolunda (yoldan 100 metr məsafədə), 26 nömrəli məktəb, Buzovna Mangal Stake, Favorit və Rahat Market yaxınlığında tam infrastrukturlu çox prestijli ərazidə 14,5 Sota yaxın ərazidə 2 mərtəbə 410 kv.m yaşayış sahəli (100 kv.m isə köməkçi sahə - qış besedkası, manqalxana, mətbəx, sanuzel) 7 otaqlı xüsusi zövqlə tikilmiş super bağ evini təklif edir. Şəhərcik tipli ərazidir, ərazidə cəmi 23 qonşu var. Hər bağın qapısı, hasarı ayrıcadır. Bağ evi zal, 6 yataq otağı, studio mətbəx, holl və 7 sanuzeldən ibarətdir. Ev yüksək zövq və keyfiyyətlə təmir olunub. Mərtəbələr arası monolit betondur. Otaqlarda asılmış lyüsturları, isti döşəməsi, mebelli mətbəxi, tam hazır sanuzelləri var. Su, qaz, işıq daimidir. İstilik sistemi kombidir. Həyətində geniş filterli hovuzu (15x5 metr), şəlaləsi, 72 kv.m tikili istirahət ərazisi, yay və qış mətbəxi, manqalxanası, qaraj, pultla idarə olunan darvazası, dekorativ və meyvə ağacları, yaşıllıq ərazisi və gülləri, sanitar qovşaq, sensorlu gecə işıqları var. Yolu asfaltdır və 4 mövsüm yaşamaq üçün əlverişlidir. Ərazi tam infrastrukturludur. Yaxınlıqda bağça, poliklinika, klinika, stadion və.s bütün növ iaşə obyektləri var. Kupçası (Çıxarışı) var.
© Garden House · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.