Prayk

Satış ekspeditoru (Meyvə-tərəvəz)

500 ₼
VerifiedYesterday
City
Bakı
Category
Sales
Date
Views
3
Number
№4470943

Description

İş şəraiti Sabit əməkhaqqı və nəticəyə əsaslanan bonus sistemi; Yanacaq xərclərinin qarşılanması; Şəxsi avtomobilin texniki xidmət və amortizasiya xərclərinin kompensasiyası; Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə. MüraciətNamizədlər CV-lərini [email protected] ünvanına “Satış ekspeditoru” başlığı ilə göndərə bilərlər. Tələblər: Şəxsi avtomobilinin olması (mütləqdir); Satış və ya ekspeditor sahəsində iş təcrübəsi; Qida məhsullarının distribusiyası üzrə təcrübəyə üstünlük verilir; Bakı şəhərinin ərazilərini və market sektorunu yaxşı tanımaq; Müştərilərlə danışıqlar aparmaq və satış bacarığı; Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq. Vəzifə öhdəlikləri: Təyin olunmuş ərazi üzrə yeni müştərilərin (market və ticarət obyektlərinin) cəlb edilməsi və əməkdaşlıq əlaqələrinin qurulması; Müştərilərlə kommersiya danışıqlarının aparılması, satış qiymətlərinin və əməkdaşlıq şərtlərinin şirkətin müəyyən etdiyi səlahiyyətlər çərçivəsində razılaşdırılması; Müştərilərdən gündəlik sifarişlərin qəbul edilməsi, qeydiyyata alınması və icra üçün müvafiq bölməyə ötürülməsi; Müştərilərlə müqavilələrin və satışla bağlı digər sənədlərin rəsmiləşdirilməsinin təşkili; Sifarişlərin vaxtında və düzgün çatdırılmasının izlənilməsi, yaranan məsələlərin operativ həlli; Müştərilərlə qarşılıqlı hesablaşmaların aparılması, debitor borclarına və ödənişlərin vaxtında daxil olmasına nəzarət; Mövcud müştəri bazasının inkişaf etdirilməsi və təkrar sifarişlərin artırılması; Satış, sifariş və daxilolmalar üzrə gündəlik hesabatların təqdim edilməsi. Maaş: 500-1500 AZN Yaş: 28-45 İş təcrübəsi: 1 ildən 3 ilə qədər

© Profitline Consultinq MMC boss.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT