Prayk
Satış koordinatoru — Satış
Negotiable

Satış koordinatoru

VerifiedToday
CategorySales

№6442906·Views: 10

Description

Ünvan: Xətai rayonu, Məhəmməd Hadi 21/b Vəzifə öhdəlikləri: Topdan, horeca və korporativ satışla bağlı yeni müştərilər cəlb etmək, bununla bağlı qiymət təklifləri və kommersiya şərtlərini hazırlamaq; Topdan, horeca və korporativ müştərilərinin sifarişlərini emal etmək və izləmək; Müştəri bazasını aparmaq, təkrar sifariş faizini artırmaq üzrə tədbirlər təklif etmək; Mağazaların satış göstəricilərini toplamaq, planla müqayisə etmək və kənarlaşmaları rəhbərliyə vaxtında bildirmək; Mağazalar arasında assortiment balansını tənzimləmək, az hərəkət edən qalıqların transferini təşkil etmək; Mağaza menecerləri ilə həftəlik iclaslar keçirmək və müştəri şikayətlərini sistemləşdirmək; Qiymət, endirim və aksiya şərtlərinin bütün mağazalarda eyni tətbiq olunmasına nəzarət etmək; Meta, whatsapp və sayt üzərindən gələn sifarişlərin cavabsız qalmamasına və vaxtına təmin edilməsinə nəzarət etmək; Onlayn sifarişləri mağaza və istehsalatla əlaqələndirməsinə, çatdırılma qrafikinə nəzarət etmək; Kuryer marşrutlarını və çatdırılma xərclərini optimallaşdırmaq; Gündəlik satış və qalıq məlumatlarına əsasən istehsalata sifariş proqnozunun uyğunluğuna nəzarət vermək; Təzə məhsullar üzrə son istifadə tarixlərini izləmək, itkiləri minimuma endirmək; Qablaşdırma, xonça və hədiyyə aksesuarlarının vaxtında təchizini izləmək; Gündəlik, həftəlik və aylıq satış hesabatlarını hazırlamaq; Məhsul, mağaza və kanal üzrə satış dinamikasını təhlil etmək, əsaslandırılmış tövsiyələr vermək; Rəqabət qiymətlərini və bazar tendensiyalarını izləmək; Yeni satış işçilərinin adaptasiyasında iştirak etmək, məhsul bilikləri üzrə təlimləri koordinasiya etmək; Satış prosesinin addımlarını (sifariş → hazırlıq → çatdırılma → ödəniş) uyğunluğuna nəzarət etmək və optimallaşdırıcı tövsiyyələr vermək. İş barədə məlumat: 6 günlük: 09:00-17:00; Bazar günü istirahət; Əmək haqqı: Razılaşma yolu bazara uyğun sabit maaş + bonus; Nahar şirkət tərəfindən verilir; Korporativ nömrə ilə təmin olunur; Şirkət əməkdaşları üçün endirim və üstünlük imkanları. Namizədə tələblər: Yaş: 25–45; B2B satış sahəsində 3-5 il təcrübəsi olanlara üstünlük verilir; Şəxsi avtomobili olanlara üstünlük verilir; Rus və ya ingilis dili biliyi üstünlükdür; Yazılı və şifahi ünsiyyət bacarığı; Operativlik, məsuliyyət və təşəbbüskarlıq. Maraqlanan şəxslər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya nömrəyə göndərə bilərlər. Whatsapp: +994 55 208 58 95 Son müraciət tarixi: 27.12.2026

© Rəmzioğlu Paxlava jobsearch.az · The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT