Prayk

Satış Meneceri

500 ₼
VerifiedYesterday
City
Bakı
Category
Sales
Date
Views
8
Number
№4278080

Description

Müəssisə haqqında Müəssisə beton bordür, tamet və digər beton əsaslı tikinti məhsullarının istehsalı ilə məşğul olan istehsalat müəssisəsidir. Şirkət məhsulların keyfiyyətli və vaxtında hazırlanmasını, istehsal prosesinin səmərəli təşkilini və müştərilərin tələblərinə uyğun məhsulların təqdim edilməsini təmin edir. İş şərtləri: İş qrafiki: 5 günlük İş saatı: 09:00-18:00 Əmək haqqı: 500 azn + satış bonusu İş yeri: Abşeron ticarət mərkəzi Müraciət: Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Satış meneceri” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Tələblər: Satış sahəsində 2 il iş təcrübəsi; Müştərilərlə ünsiyyət və danışıqlar aparmaq bacarığı; Məsuliyyətli və operativ olmaq; Komanda ilə işləmək bacarığı; Tikinti və ya tikinti materialları sahəsində təcrübə üstünlükdür. Vəzifə öhdəlikləri: Yeni müştərilərin axtarılması və müəssisənin məhsullarının təqdim edilməsi; Müştərilərdən gələn sorğuların qəbulu və sifarişlərin rəsmiləşdirilməsi; Beton bordür, tamet və digər beton məhsulların satışı üzrə danışıqların aparılması; Məhsulların qiymətləri, ölçüləri və mövcudluğu barədə müştərilərə məlumat verilməsi; Müştərilərin ehtiyaclarına uyğun məhsul və miqdarın müəyyənləşdirilməsi; Tikinti şirkətləri, podratçılar və digər korporativ müştərilərlə əlaqələrin qurulması; Qiymət təkliflərinin hazırlanması və müştərilərə təqdim edilməsi; Sifarişlərin istehsal və anbar üzrə aidiyyəti şəxslərlə koordinasiya edilməsi; Sifarişlərin vaxtında hazırlanması və müştəriyə çatdırılması prosesinə nəzarət; Mövcud müştərilərlə mütəmadi əlaqələrin saxlanılması və satışların artırılması; Satış və müştəri məlumatlarının uçotunun aparılması; Onlayn satış kanalları üzərindən daxil olan müştəri müraciətlərini qəbul etmək və cavablandırmaq; Müştərilərdən daxil olan telefon zənglərini cavablandırmaq, məhsullar və qiymətlər barədə məlumat vermək; Rəhbərliyə satışlar və müştəri bazası barədə müvafiq məlumatların təqdim edilməsi. Maaş: 500 AZN Yaş: 20-35 Təhsil: Orta İş təcrübəsi: 1 ildən 3 ilə qədər

© HuCap Consulting boss.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.