Prayk
Satış və əməliyyat üzrə rəhbər — Satış
Negotiable

Satış və əməliyyat üzrə rəhbər

Verified2 days ago
Category
Sales
Date
Views
13
Number
№5041131

Description

Rol Haqqında Biopet Shop Azərbaycanda fəaliyyət göstərən, ev heyvanları üçün məhsul satışı bazarında sürətlə böyüyən pərakəndə və e-commerce şirkətidir. Satış və əməliyyatlar üzrə rəhbər rolu şirkətin bütün satış əməliyyatlarına, kommersiya performansına, kateqoriya idarəçiliyinə və operativ proseslərə (çatdırılma, anbar, təchizat, audit) cavabdeh olacaq. Axtardığımız namizəd pərakəndə satış sistemlərini dərindən bilən, kommersiya göstəricilərini (gəlirlilik, marja, markup və s.) analiz edə bilən və öz komandasını nəticəyə yönəldə bilən güclü liderdir. Əsas Öhdəliklər 10+ filialın satış əməliyyatlarına rəhbərlik, satış hədəflərinin filiallar üzrə bölüşdürülməsi və icrasına nəzarət Filial, brend, kateqoriya və məhsul səviyyəsində gəlirlilik analizi, marja və qiymət strategiyasının idarə edilməsi Kateqoriya strategiyasının formalaşdırılması - çeşid qərarları, stok dönmə, yeni kateqoriya əlavələri Aylıq kommersiya hesabatları (revenue, gross margin, basket size, conversion, like-for-like) və rəqib analizinin aparılması Performans qiymətləndirmə, KPI və bonus sisteminin idarə edilməsi Satış proseslərinin standartlaşdırılması - müştəri xidməti protokolları, upsell/cross-sell, müştəri xidmətləri komandasının nəzarəti Filiallarda merçendayzinq standartlarının, planoqramların və audit prosesinin idarə edilməsi Yeni filial açılışları və mövsümi kampaniyalar üçün merçendayzinq planlaması Çatdırılma, anbar və təchizat komandalarının koordinasiyası Stok dəqiqliyi, çatdırılma performansı və əməliyyat xərclərinin optimallaşdırılması Yeni filial açılış proseslərinin koordinasiyası Tələblər Mütləq: Minimum 4-5 il pərakəndə satış idarəçiliyi təcrübəsi (multi-store/multi-branch mühitdə) Kommersiya analitikası təcrübəsi - marja, markup, gəlirlilik analizi, pricing strategiyası Kateqoriya management təcrübəsi və ya güclü anlayışı Merçendayzinq prinsiplərini bilmək və tətbiq etmək bacarığı Satış targetləri qoymaq, KPI sistemi qurmaq və performans idarəetmə təcrübəsi Supply chain / təchizat prosesləri haqqında bilik Komanda idarəçiliyi təcrübəsi (minimum 10+ nəfərlik komanda) Data-driven düşüncə (Excel/Google Sheets-də güclü analitik bacarıqlar) Üstünlük: Pet industry, FMCG və ya specialty retail sektorunda təcrübə E-commerce satış kanalı ilə tanışlıq 1C, ERP və ya POS sistemləri ilə iş təcrübəsi İngilis və Rus  dililərindən birini peşəkar bilmək Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 23.11.2026

© Biopet.shop jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp