
3
Sətəmm üzrə Mütəxəssis (Yüksəkmərtəbəli Bina Tikintisi)

Negotiable
Sətəmm üzrə Mütəxəssis (Yüksəkmərtəbəli Bina Tikintisi)
VerifiedToday
Date
Views3
Number№5856230
Description
Vəzifə öhdəlikləri
Tikinti sahəsində əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasına gündəlik nəzarət etmək;
Yüksəkmərtəbəli bina tikintisində hündürlükdə işlər, qaldırıcı mexanizmlər (qüllə kranları, yük qaldırıcıları), iskələ və qəlib sistemləri üzrə təhlükəsizlik tələblərinin icrasını təmin etmək;
Risk qiymətləndirilməsi aparmaq, JSA (Job Safety Analysis) və digər təhlükəsizlik sənədlərini hazırlamaq və yeniləmək;
Tikinti sahəsində təhlükəli vəziyyət və davranışları aşkar etmək, uyğunsuzluqları sənədləşdirmək və aradan qaldırılması üçün tədbirlər görmək;
Gündəlik, həftəlik və aylıq SƏTƏMM yoxlamaları keçirmək, hesabatlar hazırlamaq;
İşə yeni qəbul olunan əməkdaşlar və podratçı işçilər üçün giriş və dövri təhlükəsizlik təlimləri keçmək;
İş icazələri (Work Permit) sisteminə nəzarət etmək;
İstehsalat qəzaları və hadisələrinin araşdırılmasını aparmaq, səbəbləri təhlil etmək və profilaktik tədbirlər hazırlamaq;
FHN, Əmək Müfəttişliyi və digər dövlət qurumlarının tələblərinə uyğunluğun təmin edilməsində iştirak etmək;
Fərdi mühafizə vasitələrinin (PPE) düzgün istifadəsinə nəzarət etmək;
Tikinti sahəsində yanğın təhlükəsizliyi, fövqəladə hallar üzrə hazırlıq və təxliyə planlarının icrasında iştirak etmək;
SƏTƏMM üzrə daxili prosedur, təlimat və hesabatların hazırlanması və yenilənməsini təmin etmək.
Namizədə tələblər
Ali təhsil (Texniki təhsil üstünlükdür);
Yüksəkmərtəbəli bina tikintisi sahəsində minimum 3 il SƏTƏMM üzrə iş təcrübəsi (mütləqdir);
Baş podratçı və ya iri tikinti layihələrində iş təcrübəsinə üstünlük verilir;
FHN tərəfindən verilmiş "Sənayedə texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları və normaları" üzrə qüvvədə olan sertifikat;
Əlavə SƏTƏMM, IOSH, NEBOSH, OSHA və ya digər beynəlxalq sertifikatların olması üstünlükdür;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi, "Əməyin mühafizəsi haqqında" qanunvericiliyi və tikintidə təhlükəsizlik normalarını yaxşı bilmək;
Risk qiymətləndirilməsi, hadisələrin araşdırılması və hesabatların hazırlanması bacarığı;
Microsoft Office proqramlarında sərbəst işləmək;
Məsuliyyətli, intizamlı, operativ qərarvermə və ünsiyyət bacarıqlarına malik olmaq.
İş şəraiti
İş rejimi: Həftədə 6 iş günü;
İş saatı: 08:00 – 17:00;
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
Nahar şirkət tərəfindən təmin edilir;
İş yeri: Xırdalan şəhəri, Blue City yaşayış kompleksi;
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "SƏTƏMM üzrə mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 11.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/blue-city-yasayis-kompleksi-setemm-uzre-mutexessis-yuksekmertebeli-bina-tikintisi-155877
ADVERTISEMENT








