Prayk

Smetaçı Tikinti və Təmir İşləri üzrə Mühəndis

1 200 ₼
Verified1 months ago
City
Bakı
Date
Views
1
Number
№2662475

Description

Rəsmi iş; 09:00 dan - 18:00 dək Sabit əmək haqqı; Peşəkar komanda ilə işləmək imkanı; Tikinti, təmir və servis layihələrində praktiki təcrübə qazanmaq imkanı; Karyera inkişafı perspektivi. Şəxsi keyfiyyətlər Məsuliyyətli və intizamlı; Analitik düşüncəyə malik; Sürətli və dəqiq işləmə bacarığı; Problemləri yerində analiz edib həll təklif etmə bacarığı; Komanda ilə koordinasiyalı işləmə bacarığı; Müştəri yönümlü yanaşma; Təşəbbüskar və nəticəyə fokuslanmış. Üstünlük veriləcək namizədlər Tikinti sahəsində sahə mühəndisi, smetaçı və ya layihə mühəndisi kimi çalışmış namizədlər; Fit-out, təmir, ofis, supermarket və kommersiya obyektləri üzrə təcrübəsi olanlar; Tender sənədləri və kommersiya təklifləri hazırlamaq təcrübəsi olanlar; Material və işçilik qiymətlərini real bazar şəraitinə uyğun hesablaya bilənlər; Müxtəlif iş növləri üzrə — tikinti, elektrik, santexnika, mexanika, havalandırma, alçıpan, boya, döşəmə, tavan və digər sahələr üzrə ümumi anlayışı olanlar. Tikinti və təmir obyektlərinə yerində baxış keçirilməsi; Obyekt üzrə mövcud vəziyyətin qiymətləndirilməsi və görüləcək işlərin müəyyən edilməsi; Sifarişçi tərəfindən təqdim olunan texniki tapşırıq, layihə, BOQ və digər sənədlərin araşdırılması; Tikinti, təmir, fit-out, elektrik, mexanika, santexnika və digər işlər üzrə həcmlərin hesablanması; Smeta və qiymət təkliflərinin hazırlanması; Material, əmək haqqı, avadanlıq, nəqliyyat və digər xərclərin hesablanması; Layihə üzrə kommersiya təkliflərinin hazırlanması; Texniki təkliflərin, iş həcmlərinin və metodologiyanın hazırlanmasında iştirak; Müştərilərlə texniki məsələlər üzrə ilkin müzakirələrin aparılması; Təchizatçılardan və subpodratçılardan qiymət təkliflərinin toplanması və müqayisə edilməsi; Alternativ material və həllərin təklif edilməsi; Layihə rəhbəri və icra komandası ilə birlikdə iş həcmlərinin dəqiqləşdirilməsi; Tender sənədlərinin hazırlanmasında iştirak; BOQ cədvəllərinin hazırlanması və yoxlanılması; İşlərin icra müddəti, resurs ehtiyacı və texniki yanaşma üzrə ilkin planlamanın aparılması; Tikinti sahəsində ölçülərin götürülməsi və faktiki iş həcmlərinin hesablanması; Müştəri tələblərinə uyğun olaraq təkliflərin yenilənməsi və düzəlişlərin edilməsi; Layihə icrası zamanı faktiki görülmüş işlərin smeta ilə müqayisə edilməsi; Aktların, görülmüş iş həcmlərinin və hesabatların hazırlanmasında iştirak; Şirkətin daxili qiymət bazasının yenilənməsi və saxlanılması; Görüləcək işlər üzrə risklərin və əlavə xərclərin əvvəlcədən müəyyən edilməsi; Tikinti normaları, texniki standartlar və müştəri tələblərinə uyğun işləmək; Rəhbərliyin verdiyi digər texniki və kommersiya tapşırıqlarını icra etmək. Əmək haqqı: 1000-1200 AZN
ADVERTISEMENT