
Bakı9
SMM-menecer
SMM-menecer
700 ₼
Verified1 months ago
CityBakı
Date
Views9
Number№2694102
Description
SMM-Menecer və Online satış təmsilçisi axtarılır.
İş qrafiki: 09:00 - 17:00 hər gün iş yerinə gəlmək mütləqdir
Həftədə 1 gün istirahət
İş yeri: Abşeron Ticarət Mərkəzi, Abşeron Mall, Ignis Electronics
Əmək haqqı 700 AZN + faiz bonus
Tələblər:
Xanım və bəy namizədlər
Ali və ya orta təhsilli
Satış, canlı yayımlı marketinq və müştəri xidməti sahəsində ən azı 6 aydan 1 ilə qədər təcrübə
Şirkətin sosial şəbəkələrində Canlı yayımların mütəmadi açılması. Təqdimat videoları və şəkilləri çəkmək paylaşmaq və onlayn mağaza proseslərini müstəqil şəkildə idarə etmək bacarığı.
Əlavə dil biliyi arzuolunandır.
Etibarlı, nəzakətli, məsuliyyətli və çevik.
Vəzifə öhdəlikləri:
Sosial media hesabları və platformaları (Instagram, Whatsapp, Facebook marketplace, TikTok, TapAz) ilə işləmək
Post planın hazırlamaq (foto, video, mətn və s.);
Canlı yayımların gündə ən azı 3 dəfə açılması, Reels, story-lərin və şəkillərin detallı çəkilməsi və paylaşılması.
Azərbaycan dilinin qrammatikasına diqqət yetirərək nitq və mətnləri düzgün qurmaq.
Müştərilərin suallarına çevik cavab vermək, sorğuları qeyd eləmək.
Müştərilərlə professional və nəzakətli rəftar
Mağazada satılan elektrik avadanlığı ilə
əlaqədar müştərilərin tələbatını öyrənmək, məhsullar haqqında ətraflı və doğru məlumat vermək. Yeni Müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması.
Mağazaya gələn bütün müştəriləri həvəslə səmimi qarşılamaq və təşəbbüskarlıq göstərərək məhsulları təqdim etmək.
Mağazanın həmişə təmizliyini qorumaq. Təmizlik işləri müntəzəm görmək.
Maaş: 700 AZN
Yaş: 21-35
İş təcrübəsi: 1 ildən aşağı
Listing source
Open the original listing© IGNIS ELECTRONICS boss.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT













