Prayk

Tender üzrə mütəxəssis

Negotiable
Verified1 weeks ago
City
Bakı
Category
Finance
Date
Number
№2598223

Description

İş barədə məlumat - Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi - SOCAR və E-Tender portalı üzrə elan edilmiş tenderlərdə iştirak; - Tenderin Əsas Şərtlər Toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi, şirkətin tenderlərdə iştirak imkanları haqqında ilkin analizin aparılması və rəhbərliyin məlumatlandırılması - Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi - Tender sənədlərinin təmin edilməsi üçün struktur bölmələrlə düzgün koordinasiyanın təmin edilməsi - Tender sənədlərinin təhlili zamanı meydana gələn suallarla bağlı tender keçirən təşkilatlara sorğuların göndərilməsi, yazışmaların və danışıqların aparılması - Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması - Tender prosesi zamanı şirkətin təmsil olunması - Tender proseslərinin gedişatı və nəticələri haqqında illik və aylıq hesabatların hazırlanması. - Həftə içi 5 iş günü Namizədə tələblər - Təhsil: Ali - Rus və ya ingilis dili (qeyd edilən dillərdən hər-hansısa birini) üzrə əla səviyyədə danışıq qabiliyyəti - Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi olmalı. - Ofis proqramlarını yaxşı səviyyədə bilməli. - Elektron hökümət portalı ilə işləyə bilmə bacarığı. - Bazar araşdırması etməyi bacarmalı. Şəhər: Bakı Yaş: 25 - 35 yaş Təhsil: Ali İş təcrübəsi: 1 ildən 3 ilə qədər Əlaqədar şəxs: Ülkər Məmmədli Əmək haqqı: 600 - 800 AZN

Similar listings