
Bakı3
Tender üzrə mütəxəssis
Tender üzrə mütəxəssis
Negotiable
Verified2 days ago
Description
İş barədə məlumat:
Vəzifə öhdəlikləri:
Tenderlərin monitorinqi və təhlili:
• Dövlət və özəl satınalma platformalarında (o cümlədən etender.gov.az) şirkətin fəaliyyət sahəsinə uyğun tender elanlarını gündəlik izləmək;
• Tender şərtlərini təhlil edərək şirkətin iştirak imkanlarını qiymətləndirmək;
• Tender sənədlərində texniki, maliyyə və hüquqi tələbləri araşdırmaq.
Tender sənədlərinin hazırlanması:
• Tenderin Əsas Şərtlər Toplusunu (Şərtnaməni) ətraflı öyrənmək;
• İştirak üçün tələb olunan bütün sənədləri toplamaq və hazırlamaq;
• Sənədləri müvafiq platformalara vaxtında təqdim etmək.
Müqavilələrin idarə olunması və hesabatlılıq:
• Tender nəticələrini izləmək və təhlil etmək;
• Qazanılmış tenderlər üzrə müqavilələrin hazırlanması və imzalanması prosesində iştirak etmək;
• Tender sənədləri üzrə aylıq hesabatlar hazırlamaq.
İş şəraiti
• Əmək haqqı: Razılaşdırılma ilə
• Əmək məcəlləsinə uyğun sənədləşmə
• İş qrafiki: 5 günlük iş həftəsi (10:00 – 18:00)
Müraciət qaydası: Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “TENDER ÜZRƏ MÜTƏXƏSSİS" adını qeyd edərək elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir. Yalnız iş təcrübəsi olan və tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Tələblər:
Təhsil : Ali
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : 25 - 45
Namizədə dair tələblər:
• Dil bilikləri: Azərbaycan dilində yüksək yazılı ifadə qabiliyyəti (ingilis və rus dilində basic səviyyə arzuolunandır)
• Ali təhsil;
• Tenderlər üzrə minimum 1 il iş təcrübəsi;
• Azərbaycan Respublikasının "Dövlət satınalmaları haqqında" Qanunu və satınalma
prosedurları üzrə biliklər;
• Müqavilə hüququ və satınalma sənədlərinin hazırlanması sahəsində biliklər;
• Tender sənədlərinin hazırlanması və rəsmi yazışmaların aparılması bacarığı;
• etender.gov.az portalından sərbəst istifadə bacarığı;
• MS Office proqramlarını, xüsusilə Excel və Word proqramlarını yüksək səviyyədə bilmək;
• Maya dəyərinin hesablanması, qiymət təkliflərinin hazırlanması və bazar təhlili bacarığı;
• Bank qarantiyaları və tender təminatları ilə işləmək təcrübəsi;
• Analitik düşüncə, məsuliyyətlilik və işdə dəqiqlik, ünsiyyətcillik
Şirkət: Aztech MMC
Müraciət: https://ejob.az/is-elani/104703-tender-uzre-mutexessis/
Similar listings


500 ₼
Çağrı mərkəzi operatoru tələb olunur, 18-29 yaş, Təcrübəsiz, Aylıq ödəniş
PirəkəşkülYesterday 22:27













AzəriMed MMC