
Texnoloji Həllər üzrə Satış və Müştəri Əlaqələri Meneceri (Corporate Sales & Account Manager)

Negotiable
Texnoloji Həllər üzrə Satış və Müştəri Əlaqələri Meneceri (Corporate Sales & Account Manager)
VerifiedToday
Date
Number№4067403
Description
DataLead Consulting / Bakı
DataLead Consulting mövcud müştəri portfelinin idarə olunması və inkişaf etdirilməsi, eyni zamanda data management, analitika və süni intellekt istiqamətlərində yeni müştərilərin cəlb edilməsi üçün Sales & Account Manager axtarır.
Biz kommersiya düşüncəsinə sahib, müştərilərlə etibarlı və uzunmüddətli münasibətlər qura bilən, onların biznes ehtiyaclarını anlayaraq satış imkanlarına çevirə bilən peşəkar axtarırıq.
Əsas vəzifələr
Təhkim olunmuş müştərilər üzrə əsas kommersiya əlaqələndiricisi olmaq və biznes və İT qərarvericiləri ilə uzunmüddətli münasibətlər qurmaq;
Mövcud müştəri portfelini idarə etmək və inkişaf etdirmək;
Müştərilər üzrə account plan-lar hazırlamaq, onların prioritetlərini və ehtiyaclarını müəyyən etmək;
DataLead-in məhsul və xidmətləri üzrə yenilənmə, cross-sell və upsell imkanlarını müəyyənləşdirmək;
Mövcud müştərilərlə müntəzəm əlaqə saxlamaq, onların sorğularının və ehtiyaclarının koordinasiyasını təmin etmək;
Müştəri məmnuniyyətinin və uzunmüddətli əməkdaşlığın qorunmasına dəstək göstərmək;
Yeni potensial müştəriləri müəyyən etmək, onlarla əlaqə qurmaq və yeni satış imkanları yaratmaq;
İlkin əlaqə və ehtiyacların müəyyənləşdirilməsindən başlayaraq kommersiya təklifinin hazırlanması, danışıqlar və müqavilənin imzalanmasına qədər tam satış prosesini idarə etmək;
Müştəri görüşlərini, təqdimatları, demo sessiyalarını və kommersiya təkliflərini daxili texniki mütəxəssislərlə koordinasiya etmək;
Satış pipeline-ını, forecast-ları və müştərilər üzrə növbəti addımları mütəmadi və dəqiq şəkildə idarə etmək;
Kommersiya hədəflərinə və nəticələrinə görə məsuliyyət daşımaq.
Texniki komandanın dəstəyi
Müştərilərlə iş prosesində namizəd DataLead-in texniki ekspertləri, konsultantları və məhsul mütəxəssisləri tərəfindən dəstəklənəcək.
Texniki komanda:
Detallı texniki tələbləri müəyyən edəcək;
Uyğun həlləri təklif edəcək;
Demo və texniki təqdimatlarda iştirak edəcək;
Kommersiya təkliflərinin texniki hissələrinin hazırlanmasına dəstək göstərəcək.
Sales & Account Manager-in əsas fokusu isə müştəri münasibətlərinin idarə olunması, kommersiya fəaliyyətinin koordinasiyası, mövcud hesabların inkişaf etdirilməsi və yeni biznes imkanlarının yaradılması olacaq.
Namizədə tələblər
B2B satış və account management sahəsində iş təcrübəsi;
Texnologiya, İT və ya konsultinq sahəsində təcrübə üstünlükdür;
Mövcud müştəriləri inkişaf etdirmək və eyni zamanda yeni müştərilər cəlb etmək bacarığı;
Güclü kommunikasiya və münasibət qurma bacarıqları;
Rəhbər və qərarverici şəxslərlə sərbəst və peşəkar ünsiyyət qurmaq bacarığı;
Müştərinin biznes ehtiyaclarını müəyyən etmək və uyğun dəyər təklifini formalaşdırmaq bacarığı;
Güclü danışıqlar aparmaq, etirazları idarə etmək və satışları nəticələndirmək bacarığı;
Account planning, follow-up və satış pipeline-ının idarə olunmasına sistemli yanaşma;
Təşəbbüskarlıq, məsuliyyət və ölçülə bilən kommersiya nəticələrinə fokuslanmaq.
Dərin texniki bilik əsas tələb deyil. Bizim üçün daha vacib olan kommersiya düşüncəsi, güclü ünsiyyət bacarıqları və texniki ekspert komandası ilə effektiv işləyə bilməkdir.
DataLead-də sizi nə gözləyir?
Data və süni intellekt texnologiyalarının bizneslərdə tətbiqinin sürətlə dəyişdiyi bir dövrdə müxtəlif və maraqlı layihələr üzərində işləmək imkanı.
DataLead-də siz texniki ekspertlərimiz, müştərilərimiz və texnologiya tərəfdaşlarımızla birlikdə işləyərək peşəkar şəbəkənizi genişləndirəcək, real biznes use-case-lərini yaxından görəcək və yeni texnologiyaların praktiki biznes həllərinə necə çevrildiyini öyrənəcəksiniz.
Biz maraqlı, nəticəyönümlü, insanlarla işləməyi sevən və kommersiya baxımından inkişaf etmək istəyən namizədləri komandamıza dəvət edirik.
Maraqlanan namizədlər CV-lərini və satış/account management sahəsində təcrübələri barədə qısa məlumatı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.
Son müraciət tarixi: 07.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/datalead-mmc-texnoloji-heller-uzre-satis-ve-musteri-elaqeleri-meneceri-corporate-sales-account-manager-153170
Similar listings




Negotiable
Texnoloji Həllər üzrə Satış və Müştəri Əlaqələri Meneceri (Corporate Sales & Account Manager)
BakıToday 10:13

Negotiable
Sığorta hadisələrinin tənzimlənməsi üzrə mütəxəssis/Müştəri xidmətləri üzrə mütəxəssis
BakıToday 10:13




Aytac






