Prayk

Baş Direktor köməkçisi

Negotiable
VerifiedToday
Category
HR, staffing
Date
Views
3
Number
№4550153

Description

İstehsal və pərakəndə satış sahəsində fəaliyyət göstərən şirkətimizə baş direktorun gündəlik işinin təşkilində, tapşırıqların icrasına nəzarətdə və şöbələrarası koordinasiyada fəal rol alacaq baş direktor köməkçisi axtarırıq. Bizim üçün bu vəzifədə dəqiqlik, çeviklik, məxfilik və işi nəticəyə çatdırmaq bacarığı əsasdır. Əsas məsuliyyətlər Baş direktorun iş təqvimini idarə etmək, görüşləri, iclasları və işgüzar səfərləri planlaşdırmaq. Verilən tapşırıqların icra müddətlərini və nəticələrini izləmək, gecikmələr barədə rəhbərliyi vaxtında məlumatlandırmaq. İstehsal, satış, marketinq, maliyyə və insan resursları şöbələri ilə koordinasiyanı təmin etmək. İclasların gündəliyini hazırlamaq, qərarları qeyd etmək və aidiyyəti şəxslərlə icrasını izləmək. Hesabatları və məlumatları toplayaraq rəhbərliyə aydın, yığcam formada təqdim etmək. Yerli və xarici tərəfdaşlarla işgüzar yazışmalar və danışıqlar aparmaq. Azərbaycan, rus və ingilis dillərində sənədlər, məktublar və təqdimatlar hazırlamaq. Rəhbərliyin ehtiyac duyduğu mövzular üzrə araşdırmalar aparmaq və təkliflər hazırlamaq. Namizəddən gözləntilərimiz Ali təhsil və müvafiq vəzifədə iş təcrübəsi. Azərbaycan, rus və ingilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət — mütləq tələbdir. Güclü təşkilatçılıq, analitik düşüncə və vaxtın idarə edilməsi bacarığı. Eyni vaxtda bir neçə işi idarə etmək və prioritetləri düzgün müəyyənləşdirmək. Excel, Word, PowerPoint və elektron iş alətlərindən sərbəst istifadə. İşgüzar yazışma və təqdimat bacarığı. Müstəqil işləmək, təşəbbüs göstərmək və problemlərə həll təklif etmək. Məxfi məlumatlarla işləmək məsuliyyəti və peşəkar davranış. İş şəraiti 5 günlük iş həftəsi Nahar fasiləsi: 13:00-14:00 Nahar müəssisə tərəfindən təmin edilir. İş yeri: Bakı Sumqayıt younun üstü, Masazır dairəsi, Əliağa Vahid 1 küçəsi. Əmək haqqı: Namizədlə keçirilən müsahibənin nəticələrinə uyğun olaraq müəyyən ediləcəkdir. Qeyd: İstehsal və ya pərakəndə satış sektorunda təcrübəsi olan namizədlərə üstünlük veriləcək. Komandamıza qoşulmaq üçün: CV-lərinizi “Baş Direktor köməkçisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Son müraciət tarixi: 13.11.2026

© Nur Collection jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT