Müəssisənin enerji təchizatı sistemlərinin texniki baxım və istismar planlarını hazırlayır və onların icrasına nəzarət edir;Enerji avadanlıqları və elektrik sistemlərinin vaxtında texniki baxışını və təmirini təşkil edir;Elektrik quraşdırmalarının təhlükəsiz istismarını təmin edir və bu sahədə texniki tədbirlər görür;Müəssisədə enerjidən səmərəli istifadə strategiyasını həyata keçirir, enerji itkilərinin qarşısının alınması üçün tədbirlər görür;Enerji effektivliyi və qənaət texnologiyaları üzrə təkliflər və layihələr hazırlayır;Enerji sahəsində qüvvədə olan qanunvericiliyə, texniki normativlərə və standartlara əməl olunmasına nəzarət edir;Texniki sənədlərin düzgün və vaxtında aparılmasını təmin edir;Energetika sahəsində çalışan mühəndislərin, texniklərin, elektrikçilərin və digər əməkdaşların fəaliyyətinə rəhbərlik edir;Təhlükəsizlik qaydalarına riayət olunmasını təmin edir, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimlərin keçirilməsini təşkil edir.
Tələblər:
Təhsil: Ali təhsil (energetika ixtisası üzrə);Təcrübə: Minimum 5 il iş təcrübəsi;Dil bilikləri: Azərbaycan dili; ingilis dili – üstünlükdür;
Zəruri texniki bilik və bacarıqlar:Elektrik mühəndisliyi üzrə dərin nəzəri və praktik biliklər;Enerji sistemlərinin istismarı və təmiri üzrə peşəkar təcrübə;Tekstil istehsal avadanlıqlarının enerji təminatı və iş prinsipləri barədə biliklər;Avtomatlaşdırma və SCADA sistemləri ilə işləmə bacarığı;Enerji effektivliyi və qənaət texnologiyaları üzrə müasir yanaşmalar;Əməyin mühafizəsi və istehsalatda təhlükəsizlik qaydaları haqqında biliklər;Normativ sənədlərlə işləmə və hesabatların aparılması bacarığı.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Supervayzer
Şirkət: Prime Cotton
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/primecotton/primecotton-bas-energetik-99351253/apply