
2
İnsan Resursları üzrə mütəxəssis
İnsan Resursları üzrə mütəxəssis
Negotiable
VerifiedYesterday
Date
Views2
Number№4550264
Description
"Çin Təbabəti klinikası“ İnsan Resursları üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edir:
Vəzifə öhdəlikləri:
Əmək qanunvericiliyinə, daxili əsasnamə və prosedurlara uyğun olaraq işçilərin işə qəbulu, işdən azad olunması, vəzifə dəyişiklikləri, transfer və digər kadr əməliyyatlarının icra edilməsi;
İşçilərlə bağlı bütün kadr sənədlərinin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsinin təmin edilməsi;
Əmək müqavilələrinin, əlavələrin, əmrlərin və digər kadr sənədlərinin hazırlanması;
İşçilərlə bağlı bütün dəyişikliklərin müvafiq dövlət portallarına vaxtında və düzgün şəkildə daxil edilməsi;
Əmək kitabçalarının qeydiyyatının aparılması, yeni əmək kitabçalarının açılması və zərurət olduqda doldurulması;
Məzuniyyət qrafikinin hazırlanması, məzuniyyətlərin izlənilməsi və uçotunun aparılması;
İşçilərin şəxsi işlərinin formalaşdırılması, yenilənməsi və arxivləşdirilməsi;
İşçilərin müraciətləri əsasında arayış, xasiyyətnamə və digər rəsmi sənədlərin hazırlanması;
Filial rəhbərləri ilə sıx əməkdaşlıq edərək işçi heyəti ilə bağlı məsələlərin həlli;
Yeni əməkdaşların işə qəbul və adaptasiya prosesinin koordinasiya olunması;
Vakansiya elanlarının hazırlanması və paylaşılması;
Namizədlərin ilkin dəyərləndirilməsi, müsahibələrin təşkili və seçim prosesində iştirak;
Əcnəbi əməkdaşlarla bağlı miqrasiya sənədlərinin hazırlanması, izlənilməsi və miqrasiya proseslərinin koordinasiya olunması;
Miqrasiya ilə bağlı icazələrin, qeydiyyat və digər zəruri sənədlərin müddətlərinə nəzarət edilməsi və yenilənmə prosesinin təşkili;
İşçilərin gündəlik davamiyyətinin (tabel) izlənilməsi, tabel məlumatlarının hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
Restoran əməliyyat komandası ilə sıx əməkdaşlıq edərək işçi ehtiyaclarının vaxtında qarşılanmasının təmin edilməsi;
HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
İşçi intizamı, daxili qaydalar və əmək münasibətləri ilə bağlı məsələlərin operativ həllinə dəstək göstərilməsi.
Namizədə dair tələblər:
Ali təhsil (idarəetmə, psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment və ya əlaqəli sahə üzrə üstünlükdür);
Xəstəxana və klinika sahəsində İnsan Resursları sahəsi üzrə minimum 3-4 il iş təcrübəsi; Elektron Hökümət Portalları ilə (ƏMAS) işləmə bacarığı;
Elektron Hökümət Portalları ilə (ƏMAS),İSB işləmə bacarığı;
Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;
MS Office (xüsusilə MS Excel orta-yaxşı səviyyədə bilməli) işləmək bacarığı;
Rus dili və İngilis dili biliyi üstünlükdür
Güclü ünsiyyət, təşkilatçılıq və koordinasiya bacarığı;
Komandada işləmək və eyni zamanda müstəqil qərarvermə bacarığı;
Məsuliyyətli, təşəbbüskar, detallara diqqətli və operativ olmaq;
Çoxşaxəli iş mühitində işləmək bacarığı.
İşində motivasiyalı, öyrənməyə açıq və təşəbbüskar olması arzu olunandır.
Yaş həddi 25-40
Yalnız-xanım namizədlər tələb olunur.
İş şəraiti:
İş saatları:Bazar ertəsi-Cümə 09:00 – 17:00; Şənbə 10:00-14:00
İş günləri: Altı günlük: Bazar ertəsi-Şənbə (qısa iş günü)
Nahar fasiləsi: 13:00-14:00;
İstirahət günü: Bazar;
İş yeri: Bakı şəhəri, AF Business House Miniso Azerbaijan (baş ofis)
Əmək haqqı: Müsahibə əsasında
Uyğun namizədlər öz CV-lərini “İnsan Resursları üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 13.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/cin-tebabeti-klinikasi-insan-resurslari-uzre-mutexessis-153672
ADVERTISEMENT













