Prayk

İnsan Resursları üzrə mütəxəssis

Negotiable
VerifiedYesterday
CategoryHR, staffing

№6317473·Views: 7

Description

Sürətlə böyüyən CoffeeLea qəhvə evləri şəbəkəsi komandasına peşəkar və dinamik İnsan Resursları üzrə mütəxəssis axtarır. İş şəraiti və təminatlar: İş qrafiki: 5 günlük iş həftəsi Nahar: Şirkət tərəfindən təmin olunur Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir Şəhər - Bakı Vəzifə öhdəlikləri: Kargüzarlıq və ƏMAS əməliyyatları:Əmək müqavilələrinin bağlanması, dəyişiklik edilməsi və xitam verilməsi ilə bağlı bildirişlərin ƏMAS sisteminə daxil edilməsi, müvafiq sənədləşmənin icrası. Şəxsi işlərin idarə edilməsi: İşçilərin şəxsi işlərinin formalaşdırılması, dəyişikliklərin mütəmadi qeydiyyatı və məlumat bazasının yenilənməsi. İşə qəbul: Yeni kadrların aktiv şəkildə axtarılması, uyğun namizədlərin vakansiyalar üzrə cəlb edilməsi, müsahibə və görüşlərin təşkili. Uçot və monitorinq: Məzuniyyət təqviminin hazırlanması və monitorinqi, əməkhaqqı sənədlərinin (tabel, məzuniyyət cədvəlləri və s.) tərtibi. Daxili nəzarət: İşçilərin giriş-çıxışına xüsusi proqram vasitəsilə nəzarət edilməsi və uyğunsuzluqların birbaşa rəhbərliyə bildirilməsi. Hesabatlılıq: Fəaliyyətlə bağlı hesabatların HR direktora təqdim edilməsi və qanunvericiliyin tələblərinə uyğun digər sənədlərin hazırlanması. Namizədə tələblər: Təhsil: Ali təhsil Təcrübə: İR və kadr əməliyyatları sahəsində ən azı 2 il iş təcrübəsi Qanunvericilik: Azərbaycan Respublikasının Əmək Məcəlləsini yüksək səviyyədə bilmək Dil bilikləri: Azərbaycan dilini mükəmməl səviyyədə bilmək Rus dili biliyi mütləqdir Şəxsi keyfiyyətlər: Punktual, məsuliyyətli, vaxtın idarə edilməsi, təşkilatçılıq, aktiv dinləmə və problemləri həlletmə bacarıqları. Maraqlanan namizədlərdən öz CV-lərini "Müraciət et" düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Qeyd: Məktubun mövzu (subject) hissəsində "İnsan Resursları  üzrə mütəxəssis" yazılması mütləqdir. Əlaqə nömrəsi 0102414264 Lalə xanım Son müraciət tarixi: 23.12.2026

© CoffeeLea jobsearch.az · The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT