Prayk
Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis — Sənaye, istehsal
600 ₼

Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis

VerifiedYesterday
Date
Views
9
Number
№5044920

Description

İşçiyə qoyulan tələblər: Ali təhsil (standartlaşdırma və qida sənayesi üzrə təhsil üstünlükdür); İstehsalat sahəsində keyfiyyətə nəzarət üzrə 1–2 il iş təcrübəsi; Qida təhlükəsizliyi, sanitariya və gigiyena qaydaları haqqında məlumatlı olmaq; Əməyin mühafizəsi qaydaları barədə ilkin biliklərə sahib olmaq; MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı; Diqqətlilik, məsuliyyətlilik, analitik düşünmə və ünsiyyət bacarığı. Vəzifə öhdəlikləri İstehsal olunan məhsulların keyfiyyət göstəricilərinə və müəyyən edilmiş standartlara uyğunluğunu yoxlamaq; İstehsal prosesində keyfiyyət və qida təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək; İstehsalat sahəsində sanitariya və gigiyena qaydalarına riayət olunmasını yoxlamaq; İstehsala daxil olan xammal və materialların keyfiyyətini, müşayiətedici sənədlərini və müvafiq tələblərə uyğunluğunu yoxlamaq; Hazır məhsulların saxlanma şəraitinə və yararlılıq müddətinə nəzarət etmək; Anbarlarda hazır məhsulların keyfiyyət vəziyyətini mütəmadi yoxlamaq; İstehsal prosesinə dair keyfiyyət qeydiyyat formalarının düzgün və vaxtında doldurulmasını təmin etmək; Aşkar edilmiş uyğunsuzluqları qeydə almaq və aidiyyəti rəhbərliyə məlumat vermək; Məhsullar üzrə keyfiyyət sənədlərinin hazırlanmasında və tələb olunduqda keyfiyyət vəsiqələrinin təqdim edilməsində iştirak etmək; Keyfiyyət problemlərinin təkrarlanmaması üçün müvafiq təkliflər vermək. İş şəraiti Əməkhaqqı: 600–700 AZN; İş qrafiki: Bazar ertəsi – cümə, 09:00–18:00; İstirahət günləri: Şənbə və bazar; Nahar: Şirkət tərəfindən təmin olunur; Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır Maaş: 600 AZN Son müraciət tarixi: 23.11.2026

© Avromak MMC jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp