Prayk
Sətəm Mütəxəssisi — Sənaye, istehsal
800 ₼

Sətəm Mütəxəssisi

VerifiedYesterday
Date
Views
9
Number
№5024340

Description

Vəzifə öhdəlikləri: Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək; İstehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; Ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirak etmək; Əməyin mühafizəsi üzrə təlimatların hazırlanmasını və tətbiqini təmin etmək; Yeni işə qəbul olunan əməkdaşlara əməyin mühafizəsi üzrə giriş təlimatını keçirmək; SƏTƏM üzrə təlimat jurnallarının düzgün aparılmasına və imzalanmasına nəzarət etmək; Müntəzəm sahə yoxlamaları aparmaq, aşkar edilmiş uyğunsuzluqları qeydə almaq və aradan qaldırılması üçün tədbirlər görmək; İşçilərin əməyin mühafizəsi ilə bağlı müraciətlərini araşdırmaq və müvafiq tədbirlər görmək; Görülmüş işlər və yoxlamaların nəticələri barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək; Şirkətin daxili qaydalarına, müəyyən edilmiş standart və prosedurlara, həmçinin əmək qanunvericiliyinin tələblərinə riayət etmək; Vəzifə üzrə verilmiş tapşırıqları vaxtında, keyfiyyətlə və məsuliyyətlə yerinə yetirmək; İstifadəsində olan material və inventarlardan düzgün istifadə etmək və onların qorunmasını təmin etmək. Namizədə tələblər Yaş: 25 – 45; SƏTƏM sahəsində təcrübə 3-5 il; Kompüter bilikləri; Məsuliyyətli, diqqətli və operativ olmaq; Komandada işləmək və ünsiyyət bacarığı. İş rejimi və əmək haqqı: Əmək haqqı – 800-1000 AZN (müsahibə əsasında müəyyən ediləcək) İş qrafiki: həftə içi 5 gün (saat 09:30-dan 17:30-dək) Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “SƏTƏM Mütəxəssisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Maaş: 800 AZN Son müraciət tarixi: 22.11.2026

© M-Trans jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp