İş şəraiti
Əməkhaqqı: Razılaşma yolu ilə
İş qrafiki: 5 günlük
Vəzifə öhdəlikləri
Tikinti və təmir layihələri üzrə smeta sənədlərinin hazırlanması və hesablanması;
Layihə və işçi cizgiləri əsasında iş həcmlərinin müəyyən edilməsi;
Tikinti materialları, əmək və mexanizmlər üzrə xərclərin hesablanması;
Material və xidmətlərin cari bazar qiymətlərinin araşdırılması, qiymət təkliflərinin toplanması və müqayisəli təhlilinin aparılması;
Smeta dəyərinin optimallaşdırılması və xərclərin düzgün hesablanmasına nəzarət edilməsi;
Podratçı və təchizatçılardan alınan qiymət təkliflərinin təhlil edilməsi;
Smeta sənədlərində dəyişikliklərin və əlavə işlərin hesablanması;
Texniki şöbə və satınalma şöbəsi ilə sıx əməkdaşlıq edilməsi.
Namizədə tələblər
Smeta mühəndisi vəzifəsi üzrə minimum 3 il iş təcrübəsi;
Tikinti norma və qaydaları, smeta tərtibatı prinsipləri barədə biliklər;
Layihə cizgilərini oxumaq və iş həcmlərini hesablamaq bacarığı;
Material və tikinti işləri üzrə bazar qiymətlərini araşdırmaq və təhlil etmək bacarığı;
MS Excel proqramı ilə sərbəst işləmək;
Dəqiqlik, məsuliyyətlilik və analitik düşünmə qabiliyyəti;
Komandada işləmək və işləri vaxtında təhvil vermək bacarığı.
Təklif edirik
Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq razılaşma yolu ilə müəyyən edilir;
Peşəkar inkişaf və karyera imkanları;
Peşəkar komanda ilə işləmək imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 22.11.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/aqroman-smeta-muhendisi-154467
ADVERTISEMENT
We use cookies Analytics only with your consent; essential cookies are always on.Privacy policy