Əsas vəzifə öhdəlikləri:
Kimya fənnini ingilis dilində effektiv və anlaşıqlı şəkildə tədris etmək;
Şagirdlərin fərdi ehtiyaclarını nəzərə alaraq dərsləri planlaşdırmaq və keçirmək;
Müasir tədris metodlarından və texnologiyalardan istifadə etmək;
Şagirdlərin bilik səviyyəsini mütəmadi qiymətləndirmək və inkişafını izləmək;
Testlər, iş vərəqləri və dərs təqdimatları hazırlamaq;
Şagirdlərin marağını və fənnə olan həvəsini artıran öyrənmə mühiti yaratmaq;
Şagirdlərə və valideynlərə müntəzəm, konstruktiv geribildirim vermək;
Sinifdə nizam-intizamı və müsbət tədris mühitini təmin etmək;
Liseyin daxili qayda və prosedurlarına riayət etmək.
Tələblər:
Kimya və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
Kimya müəllimi kimi minimum 1 il iş təcrübəsi;
Dərsləri ingilis dilində sərbəst tədris etmək bacarığı.
Bacarıqlar və səriştələr:
Kimya fənni üzrə yüksək bilik səviyyəsi;
Vaxtı idarə etmək və komanda ilə işləmək bacarığı;
Dəqiq, məsuliyyətli və cavabdeh yanaşma;
Güclü ünsiyyət və təqdimetmə bacarıqları;
Müsbət və peşəkar münasibət;
Sinif və dərs vaxtını effektiv idarə etmək bacarığı.
Biz nə təklif edirik:
AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
İş saatları: 08:00–17:00 (həftədə 5 gün);
İş yeri: Badamdar kampusu
56 gün ödənişli məzuniyyət;
Şirkət tərəfindən gündəlik nahar;
Əməkdaşların övladları üçün məktəb ödənişlərində endirim;
Müntəzəm təlim, peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/209352/kimya-muellimi-ingilis-bolmesi-uzre
ADVERTISEMENT
We use cookies Analytics only with your consent; essential cookies are always on.Privacy policy