
Bakı1
Korporativ hüquqşünas
Korporativ hüquqşünas
Negotiable
Verified2 days ago
Description
Komandamızı genişləndiririk!
İş barədə məlumat
Şirkətimizin hüquqi xidmətlərinin göstərilməsi və korporativ hüquq istiqaməti üzrə işlərin peşəkar şəkildə icra edilməsi məqsədilə Korporativ hüquqşünas axtarırıq.
Əsas vəzifə öhdəlikləri
Müxtəlif növ mülki-hüquqi və kommersiya müqavilələrinin, əlavə sazişlərin və digər əqdlərin hazırlanması, hüquqi ekspertizası və müqavilə risklərinin müəyyən edilməsi
Müştərilər və qarşı tərəflər tərəfindən təqdim olunan müqavilələrə, protokollara, təhvil-təslim aktlarına və digər hüquqi sənədlərə rəy verilməsi
Müqavilə danışıqlarında iştirak edilməsi, hüquqi mövqenin əsaslandırılması və müqavilə şərtlərinin qarşı tərəflə razılaşdırılması
Qanunvericilik üzrə araşdırmaların aparılması, hüquqi rəylərin, arayışların, memorandumların və praktiki tövsiyələrin hazırlanması
Təsisçi və iştirakçı qərarlarının, ümumi yığıncaq protokollarının, etibarnamələrin, daxili qaydaların və digər korporativ sənədlərin hazırlanması
Əmək müqavilələrinin, əmrlərin, vəzifə təlimatlarının, məxfilik və maddi məsuliyyət sənədlərinin hazırlanması və əmək münasibətləri üzrə hüquqi dəstəyin göstərilməsi
Əcnəbi əməkdaşlar üçün iş icazəsinin, müvəqqəti yaşama icazəsinin və olduğu yer üzrə qeydiyyatın alınması, uzadılması və ləğvi proseslərinin aparılması
Dövlət Miqrasiya Xidməti və digər aidiyyəti dövlət qurumları ilə yazışmaların və müraciətlərin hazırlanması, sənədlərin təqdim edilməsinin təşkili
Pretenziya məktublarının, rəsmi sorğuların, cavab məktublarının, ərizə və digər hüquqi yazışmaların hazırlanması
Müştərilərə korporativ, müqavilə, əmək və miqrasiya hüququ üzrə gündəlik hüquqi məsləhət və operativ dəstəyin göstərilməsi
Hüquqi audit və due diligence proseslərində iştirak edilməsi, hüquqi uyğunsuzluqların və risklərin müəyyən olunaraq hesabatlaşdırılması
Qanunvericilikdəki dəyişikliklərin, tapşırıqların və hüquqi müddətlərin izlənilməsi, görülmüş işlər üzrə hesabatların hazırlanması
İş şəraiti
İş qrafiki: 09:00-18:00
İş günləri: Həftədə 5 gün
Əmək haqqı: Namizədin bilik və iş təcrübəsinə uyğun olaraq müsahibə əsasında
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
Namizədə tələblər
Ali hüquq təhsili
Korporativ və ya kommersiya hüququ sahəsində minimum 3 il iş təcrübəsi
Mülki, müqavilə, korporativ, əmək və miqrasiya qanunvericiliyi üzrə güclü nəzəri və praktiki biliklər
Müqavilə və digər hüquqi sənədlərin müstəqil hazırlanması, təhlili və hüquqi risklərin düzgün qiymətləndirilməsi bacarığı
Azərbaycan dilində mükəmməl şifahi və yazılı ünsiyyət,
Microsoft Office proqramları, elektron hökumət portalları və dövlət qurumlarının elektron informasiya sistemləri ilə işləmək bacarığı
Məhkəmə və mübahisələrin həlli sahəsində iş təcrübəsi üstünlükdür
Şəxsi bacarıqlar
Analitik və hüquqi düşünmə, məlumatları sistemləşdirmə və əsaslandırılmış nəticə çıxarma bacarığı
Yüksək yazılı və şifahi kommunikasiya, danışıqlar aparmaq və hüquqi mövqeni aydın təqdim etmək bacarığı
Detallara diqqət, dəqiqlik və sənədlərlə işləyərkən yüksək məsuliyyət
Tapşırıqları prioritetləşdirmək, son müddətlərə riayət etmək və düzgün zaman idarəetməsi
Məxfilik prinsiplərinə riayət, təşəbbüskarlıq və komanda ilə işləmək bacarığı
Biz sizə nə təklif edirik?
Müxtəlif sahələr üzrə yerli və beynəlxalq korporativ layihələrdə iştirak imkanı
Müqavilə, korporativ, əmək və miqrasiya hüququ üzrə praktiki biliklərin davamlı inkişafı
Peşəkar hüquq komandası ilə işləmək və daxili təlimlərdə iştirak etmək imkanı
Stabil, peşəkar və inkişafyönümlü korporativ iş mühiti
Bilik və nəticələrə əsaslanan karyera inkişafı perspektivləri
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Korporativ hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/198139/korporativ-huquqsunas
ADVERTISEMENT













