Prayk

Layihə Rəhbəri (İnfrastruktur Layihələri)

Negotiable
Verified1 months ago
City
Bakı
Date
Views
9
Number
№3537235

Description

Şirkətimiz infrastruktur layihələrinin idarə olunması üzrə peşəkar və məsuliyyətli Layihə Rəhbəri axtarır. Şəxsi keyfiyyətlər Məsuliyyətlilik; Komanda idarəetmə bacarığı; Operativ qərarvermə qabiliyyəti; Stressə davamlılıq; Yüksək ünsiyyət və təqdimat bacarıqları. İş Şəraiti İş saatı: 09:00 dan-18:00 dək Əmək haqqı: razılaşma yolu ilə Ali təhsil (İnşaat mühəndisliyi, Layihələrin idarə olunması və ya əlaqəli sahələr üzrə); İnfrastruktur və ya tikinti layihələrinin idarə olunması sahəsində minimum 5 il iş təcrübəsi; Layihələrin idarə olunması metodologiyaları üzrə biliklər; AutoCAD, MS Office proqramlarında sərbəst işləmək bacarığı; Primavera P6 və ya MS Project proqramlarını bilmək üstünlükdür; Liderlik, təşkilatçılıq və analitik düşünmə qabiliyyəti; Azərbaycan dilini sərbəst, rus və ya ingilis dilini bilmək üstünlükdür. İnfrastruktur layihələrinin planlaşdırılması, təşkili və icrasına rəhbərlik etmək; Layihənin məqsəd, büdcə, vaxt qrafiki və keyfiyyət göstəricilərinə uyğun həyata keçirilməsini təmin etmək; Layihə komandalarının fəaliyyətini koordinasiya etmək və iş bölgüsünü aparmaq; Podratçı və subpodratçı təşkilatlarla əməkdaşlığı təşkil etmək və nəzarətdə saxlamaq; Layihə üzrə texniki sənədlərin, iş qrafiklərinin və hesabatların hazırlanmasını və icrasını təmin etmək; Tikinti və infrastruktur işlərinin normativ tələblərə uyğun aparılmasına nəzarət etmək; Risklərin müəyyənləşdirilməsi və idarə olunması üzrə tədbirlər görmək; Layihənin gedişi barədə rəhbərliyə müntəzəm hesabatlar təqdim etmək; Layihə üzrə yaranan problemlərin operativ həllini təşkil etmək; Dövlət qurumları, sifarişçilər və digər maraqlı tərəflərlə əlaqələri idarə etmək; Əməyin mühafizəsi, təhlükəsizlik və ekoloji tələblərin yerinə yetirilməsinə nəzarət etmək.
ADVERTISEMENT