Prayk

Layihələrin idarə edilməsi üzrə mütəxəssis

Negotiable
VerifiedToday
Category
HR, staffing
Date
Views
5
Number
№6256759

Description

Əsas vəzifə öhdəlikləri: KPI göstəricilərinin izlənilməsi, kənarlaşmaların və trendlərin vaxtında müəyyən edilməsi; Müxtəlif mənbələrdən məlumatların toplanması, təmizlənməsi və vahid bazada birləşdirilməsi; Rəqəmlər əsasında təhlillərin aparılması, nəticələrin çıxarılması və qısa, aydın xülasələrin hazırlanması; Gündəlik, həftəlik və aylıq hesabatların müntəzəm və vaxtında hazırlanması; Layihələrin icra vəziyyətinin izlənilməsi və mümkün gecikmələr barədə direktorun vaxtında məlumatlandırılması; Görüşlərin təşkili, protokolların hazırlanması və verilən tapşırıqların icrasının izlənilməsi; Departamentlərarası koordinasiyanın təmin edilməsi. Tələb olunan bilik və bacarıqlar: MS Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, XLOOKUP/VLOOKUP, Power Query, şərti formatlama və dinamik cədvəllər); Power BI proqramı ilə işləmək bacarığı (məlumat modellərinin qurulması, DAX-ın əsasları və interaktiv dashboardların hazırlanması); PowerPoint proqramında rəhbərlik üçün aydın və vizual təqdimatlar hazırlamaq bacarığı; SQL üzrə baza biliklərinin olması (verilənlər bazasından məlumatların əldə edilməsi) üstünlükdür; Layihə idarəetməsinin əsasları (layihə mərhələləri, son icra tarixləri, risklər və məsuliyyət bölgüsü) üzrə biliklər; Diqqətlilik və dəqiqlik; Eyni vaxtda bir neçə tapşırığı idarə etmək və prioritetləri müəyyənləşdirmək bacarığı; Məxfi məlumatlarla işləməkdə etibarlılıq; Proaktivlik, problemləri vaxtında müəyyən etmək və həll yolları təklif etmək bacarığı; Güclü yazılı və şifahi ünsiyyət bacarığı; Gərgin iş rejimində və qısa icra müddətləri çərçivəsində işləmək bacarığı. Tələb olunan təhsil, iş təcrübəsi: İqtisadiyyat, biznesin idarə edilməsi, statistika, informasiya texnologiyaları və ya oxşar ixtisaslar üzrə ali təhsil; Analitika, hesabatlıq və ya inzibati dəstək sahəsində ən azı 1–3 il iş təcrübəsi; ERP sistemləri (Logo Tiger, 1C, SAP və s.) ilə işləmək təcrübəsi üstünlükdür; Pərakəndə satış və ya FMCG sahəsində iş təcrübəsi üstünlükdür. İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 09:00-18:00; İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D. Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; Peşəkar komanda mühiti; Nahar; Şirkət hesabına korporativ nömrə. Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  “Layihələrin idarə edilməsi üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi: 22.12.2026

© Tam Store jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp