Prayk

Logistika və satınalma üzrə menecer

1 500 ₼
Verified2 days ago
City
Bakı
Category
Sales
Date
Views
16
Number
№5709402

Description

İnşaat və interyer dekorasiyası sektorunda fəaliyyət göstərən Decor Concept şirkəti satınalma, idxal-ixrac və beynəlxalq yükdaşımaları koordinasiya edəcək logistika və satınalma üzrə menecer axtarır. Xanım namizədləri də müraciət etməyə dəvət edirik. İş şərtləri Ünvan — Bakı şəhəri, Süleyman Sani Axundov, məhəllə 3123, Dərnəgül metrostansiyasının yaxınlığı İş qrafiki — Bazar ertəsi–cümə, 09:30–17:00 Əməkhaqqı — 1 500 AZN. Şirkət təklif edir Sabit iş mühiti. Peşəkar inkişaf və karyera imkanları. Öhdəliklər Xarici təchizatçılarla gündəlik yazışmaları və danışıqları aparmaq. Qiymət təkliflərini və çatdırılma şərtlərini müqayisə etmək, satınalma və idxal-ixrac sifarişlərinin icrasını izləmək. Beynəlxalq yükdaşımaları planlaşdırmaq və çatdırılmanı yükün təhvil verilməsinədək izləmək. Logistika və gömrük sənədlərinin hazırlanmasını təşkil etmək. Daşıyıcı və logistika şirkətləri ilə danışıqlar aparmaq, yükə uyğun daşıma variantını seçmək. Tələblər Logistika sahəsində ən azı 3 il iş təcrübəsi. Rus və ingilis dillərinin hər ikisində şifahi və yazılı işgüzar ünsiyyət bacarığı mütləqdir. İdxal-ixrac və beynəlxalq yükdaşıma prosesləri üzrə bilik. MS Office proqramları ilə işləmək bacarığı. Danışıqlar aparmaq, işləri planlaşdırmaq və koordinasiya etmək bacarığı. Məsuliyyətli, diqqətli və operativ yanaşma.

© Decor Concept busy.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp