Prayk
Mal-material üzrə nəzarətçi — Nəqliyyat, logistika, anbar, Sabirabad
Negotiable

Mal-material üzrə nəzarətçi

VerifiedYesterday
Date
Number
№3570910

Description

Anbarlarda müqavilə əsasında icarəyə götürülən və şirkətə məxsus qurğu və avadanlıqları, operatorları və işçi qüvvəsini səmərəli və effektiv şəkildə əlaqələndirmək, ayırmaq və nəzarətdə saxlamaq;Tapşırıqları müvafiq qaydada qəbul etmək, siyahılaşdırmaq və onları anbar işçiləri arasında bölüşdürmək;Bütün satın alınan, tələb olunan və buraxılan materialların, avadanlıqların və alətlərin qeydiyyatının proqram təminatında materiallara nəzarət və anbar sahəsinin fəaliyyətini tam əhatə etməsini təmin etmək;Bütün mədaxil və məxaric olan materialların, avadanlıqların və alətlərin sifarişlərinin dəqiqliklə hazırlanıb və fayllarda saxlanmasını təmin etmək;Anbarda saxlanmalı olan bütün materiallar və alətlər barəsində proqram təminatında məlumatların təzələnməsini və onların xüsusi yeşiklərdə saxlanmasını təmin etmək;Proqram təminatına daxil olan bütün materialların sənədləşmə tələblərinə uyğun olmasının təmin edilməsi;Məxaric olunan bütün materialların və alətlərin proqram təminatında lazımı qaydada qeydiyyata alınmasının, həmçinin düzgün sənədləşmə və hesab-faktura tələblərinə cavab verməyən materialların növbəti qərar verilənədək karantində saxlanmasının təmin edilməsi;Yoxlamalardan sonra düzəlişlər və əlavələrin karantin qeydiyyat jurnalına vaxtlı-vaxtında daxil olunmasının təmin edilməsi;Düzgün qeydlərin aparılması və şirkət idarəçiliyində olan məlumat bazasına daxil olmasını təmin etməklə inventarların sayılması və onlara nəzarət;Anbardan göndərilən istehsal materialları və alətləri üçün bütün müvafiq sənədlərin (yük qaiməsinin, tələb olunan əlavələrin, materialların təhlükəsizlik pasportlarının, sertifikatların və s.) təqdim olunmasını təmin etmək;Materialların təhvil verilməsi və ya ötürülməsi əməliyyatlarının proqram təminatında işlənməsini, prosedura uyğun olaraq sənədlərin təqdim olunmasını və arxivləşdirilməsini təmin etmək;Bütün materialların anbarda düzgün, təhlükəsiz şəraitdə, zədəsiz və normal istismar tələblərinə uyğun olaraq saxlanmasını təmin etmək. Tələblər: Müvafiq sahə üzrə ali təhsil;Müvafiq sahə üzrə ən az 3 illik iş təcrübəsi;MS Office (Word, Excel,Outlook) proqramlarını yüksək səviyyədə bilmək;1C 8.3 proqramında sərbəst işləmək bacarığı;Yerli uçot qanunvericiliyi üzrə biliklər;Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;Analitik təhlil etmə qabiliyyəti;Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.  Səriştələr və bacarıqlar: Məsuliyyətli;Pozitiv;Özünütəşkiletmə qabiliyyəti;Nailiyyət yönümlülük;Etibarlılıq;Dürüstlük. Vakansiya növü: Tam ştat Vəzifə səviyyəsi: Supervayzer Şirkət: Prime Cotton Yer: Sabirabad, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/primecotton/primecotton-mal-material-uzre-nezaretci-88832/apply