Prayk

Maliyyə Mühasibi

900 ₼
Verified1 weeks ago
City
Bakı
Category
Finance
Date
Views
13
Number
№4719795

Description

* İş qrafiki: həftədə 5 gün, 09:00–19:00 * Əməkhaqqı: 900-1000 AZN (təcrübəyə uyğun) * İş yeri: Marka.az Müraciət üçün: CV-nizi mövzu hissəsində “Maliyyə mühasibi” qeyd etməklə [email protected] ünvanına göndərin. Tələblər: * Excel və ya Google Sheets-də sərbəst işləmək, maliyyə cədvəlləri və hesabatları hazırlamaq; * Gəlir-xərc, mənfəət-zərər və pul axını hesabatlarını başa düşmək; * Yüksək analitik və riyazi düşünmə qabiliyyəti; * Rəqəmlərdə uyğunsuzluqları müəyyən etmək və səbəblərini araşdırmaq; * Maliyyə uçotu və ya mühasibatlıq sahəsində praktiki təcrübə; * Dəqiqlik, məsuliyyətlilik, məxfilik və sistemli işləmə bacarığı; * Vergi və elektron mühasibat portalları ilə iş təcrübəsi üstünlükdür. Vəzifə öhdəlikləri: * Şirkətin gündəlik gəlir və xərclərinin tam və düzgün qeydiyyatını aparmaq; * Kassa və bank hesabları üzrə bütün pul hərəkətlərinə nəzarət etmək; * Hər bir ödənişin təyinatını, məbləğini və hansı sifarişə aid olduğunu düzgün qeyd etmək; * İşçilərin əməkhaqqı, avans, bonus və digər ödənişlərinin uçotunu aparmaq; * Şirkətin aylıq sabit və dəyişən xərclərini təhlil etmək; * Müştərilərin debitor borclarını və təchizatçılara olan kreditor borclarını izləmək; * Hər bir sifarişin gəlirini, xərcini və mənfəətini hesablamaq; * Planlaşdırılan və faktiki xərcləri müqayisə edərək fərqləri müəyyən etmək; * Lazımsız xərcləri aşkarlamaq və xərclərin optimallaşdırılması üçün təkliflər vermək; * Gündəlik kassa qalığını yoxlamaq və uyğunsuzluqları araşdırmaq; * Həftəlik və aylıq maliyyə hesabatlarını rəhbərliyə təqdim etmək; * Şirkətin pul axınını (Cash Flow) planlaşdırmaq və gələcək ödənişləri əvvəlcədən proqnozlaşdırmaq; * Maliyyə əməliyyatlarının şəffaflığını və sənədləşdirilməsini təmin etmək. Maaş: 900-1000 AZN Yaş: 24-45 Təhsil: Ali İş təcrübəsi: 1 ildən 3 ilə qədər

© Marka.az Advertising agency boss.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp