Prayk

Rəqəmsal Platformalar üzrə Brend Meneceri

500 ₼
Verified2 months ago
City
Bakı
Date
Views
4
Number
№2139166

Description

NK Media rəqəmsal musiqi industriyasında fəaliyyət göstərən komandamıza Rəqəmsal Platformalar və Brend Meneceri axtarır. Əməkhaqqı: 500–1200 AZN (namizədin bilik və təcrübəsinə uyğun müəyyən edilir); Peşəkar inkişaf və musiqi industriyasında praktiki təcrübə imkanı; Beynəlxalq rəqəmsal musiqi platformaları ilə işləmək imkanı; Uzunmüddətli əməkdaşlıq və inkişaf perspektivi. Biz yalnız verilən tapşırıqları yerinə yetirən deyil, araşdırma aparan, yeni ideyalar təklif edən və NK Media-nın rəqəmsal musiqi industriyasında daha güclü brend kimi formalaşmasına töhfə vermək istəyən əməkdaş axtarırıq. Tələblər: Rəqəmsal platformalar və internet xidmətləri ilə sərbəst işləmək bacarığı; Spotify, Apple Music, Deezer, Amazon Music, Yandex Music və digər musiqi platformaları haqqında anlayış; Musiqi industriyasına və rəqəmsal distribusiyaya maraq; İngilis dilində platforma interfeysləri, dəstək xidmətləri və yazışmalarla işləyə biləcək səviyyədə bilik; İnternetdə effektiv araşdırma aparmaq və qarşıya çıxan problemlərin həllini tapmaq bacarığı; Kompüterdən sərbəst istifadə; Məsuliyyətli, diqqətli və öyrənməyə açıq olmaq; Yeni sistem və platformaları sürətli öyrənmək bacarığı; Brend təqdimatı və korporativ görünüşə diqqət. Spotify for Artists, Apple Music for Artists, Musixmatch, Genius və ya musiqi distribusiya sistemləri ilə iş təcrübəsi üstünlükdür. Vəzifə öhdəlikləri: Spotify, Apple Music, iTunes, Deezer, Amazon Music, Yandex Music və digər rəqəmsal musiqi platformalarında artist profillərinin idarə olunması; Spotify for Artists, Apple Music for Artists və digər artist idarəetmə panelləri ilə işləmək; Artist profillərinin yaradılması, təsdiqlənməsi, optimallaşdırılması və məlumatların daim aktual saxlanılması; Artist şəkilləri, bioqrafiya və digər profil məlumatlarının əlavə və redaktə edilməsi; Mahnı sözlərinin (lyrics) Musixmatch, Genius və digər uyğun xidmətlər vasitəsilə rəqəmsal platformalarda yerləşdirilməsi və düzgünlüyünə nəzarət; Yeni relizlərin Spotify, Apple Music, Deezer, Amazon Music, Yandex Music və digər platformalarda düzgün yerləşdirilməsinin yoxlanılması; Yanlış artist profilinə düşən relizlər, profil birləşdirmələri və digər platforma problemlərinin araşdırılması və həlli; NK Media-nın rəqəmsal platformalardakı korporativ görünüşünün inkişaf etdirilməsi; NK Media-nın LinkedIn səhifəsinin qurulması və peşəkar şəkildə idarə edilməsi; Şirkətin rəsmi veb-saytındakı məlumatların aktuallığına və düzgün təqdimatına nəzarət; Şirkətin internetdə vahid və peşəkar brend kimi təqdim olunması istiqamətində işlərin görülməsi; Musiqi industriyasındakı yeni rəqəmsal platformaların, alətlərin və imkanların araşdırılması və şirkət üçün tətbiq oluna biləcək yeniliklərin təklif edilməsi. Maaş: 500-1200 AZN Yaş: 20-35 Təhsil: Ali İş təcrübəsi: 1 ildən 3 ilə qədər

© NK Media MMC boss.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp