AVRO.AZ məhəccər sistemlərinin satışı və quraşdırılması üzrə fəaliyyət göstərən şirkətimizə dinamik, məsuliyyətli və ünsiyyətcil əməkdaş axtarırıq.
* İş qrafiki: 6 günlük iş həftəsi;
* İş saatları: 09:00-18:00
* Əməkhaqqı: 500 AZN;
* Əlavə bonuslar: satış nəticələrinə əsasən;
* Məhsullar və satış prosesi üzrə ilkin təlim;
* Peşəkar inkişaf imkanı;
* İş ünvanı: İbrahimpaşa Dadaşov 57.
Öhdəliklər
* Müştərilərin qarşılanması və sifarişlərin qəbul edilməsi;
* Məhəccər modelləri və xidmətlər haqqında ətraflı məlumat verilməsi;
* Müştərinin tələbatına uyğun məhsulların təqdim edilməsi;
* Qiymət təkliflərinin hazırlanması;
* Telefon və sosial şəbəkələr vasitəsilə daxil olan müraciətlərin cavablandırılması;
* Potensial müştərilərlə əlaqələrin qurulması;
* Sifarişlərin icra prosesinin izlənilməsi;
* Sosial şəbəkə hesablarının idarə olunması.
Tələblər
* Arzuolunan yaş həddi: 24–30 yaş;
* Azərbaycan dilində sərbəst və səlis nitq;
* Yüksək ünsiyyət və inandırma qabiliyyəti;
* Gülərüz, nəzakətli və işgüzar olmaq;
* Kompüter və sosial media üzrə istifadə bacarıqları;
* Analitik düşünmə və hesablama bacarığı;
* Yeni məhsul və texniki məlumatları tez mənimsəmək qabiliyyəti;
* Məsuliyyətlilik və punktuallıq;
* Satış sahəsində iş təcrübəsi üstünlükdür.
© Avro.az · busy.az · The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.