Prayk

Təcrübə proqramı

Negotiable
VerifiedYesterday
Category
Finance
Date
Views
3
Number
№4550808

Description

Mühasibatlıq üzrə “Avex Group” – Praktiki Mühasibatlıq üzrə praktiki şəkildə təcrübə proqramına Noyabr-Dekabr qruplarına qeydiyyatı elan edir. Proqram sizə nə qazandıracaq? Mühasibatlığın real iş proseslərini praktiki şəkildə öyrənəcəksiniz Dövlət elektron portalları və peşəkar mühasibat proqramlarında işləmə bacarığı əldə edəcəksiniz Qarşılaşa biləcəyiniz Vergi və Əmək qanunvericiliyi risklərini real keyslər üzərində analiz edəcəksiniz Dərslərin video yazıları və əlavə tədris materialları təqdim olunacaq Təlimi uğurla tamamlayan iştirakçılara şirkətimiz tərəfindən rəsmi sertifikat veriləcək Proqram kimlər üçündür? Mühasibatlıq sahəsində peşəkar karyera qurmaq istəyənlər Praktiki bilik və bacarıqlar əldə etmək istəyən yeni başlayanlar Təcrübəsi olmasa da əmək bazarında rəqabət üstünlüyü qazanmaq istəyən məzunlar Yeni peşəyə yiyələnərək karyerasına fərqli istiqamətdə davam etmək istəyən şəxslər Qeyd: Proqram ödənişli əsaslarla təşkil olunur. Müddət 3 ay Həftədə 2 dəfə-2saat Proqrama daxildir Təlim müddətində əldə edəcəyiniz bilik və praktiki bacarıqlar Vergi və elektron sistemlər Yenilənmiş new.e-taxes.gov.az portalında peşəkar işləmə bacarığı; Təqdim etmə, geri qaytarma, qiymət artımı və azalması üzrə dəqiqləşdirilmiş e-qaimələrin hazırlanması və göndərilməsi; Müqavilə, hesab-faktura, qiymət razılaşma protokolu və təhvil-təslim aktlarının tərtib olunması; Mal və xidmət (fəaliyyət) kodlarının əldə edilməsi və tətbiqi; Vergi orqanlarından daxil olan məktubların təhlili, cavablandırılması və düzgün icrası; Şəxsi Hesab Vərəqəsinin analiz edilməsi və məlumatların düzgün qiymətləndirilməsi; Bəyannamə sisteminin bölmələri və işləmə prinsipləri ilə tanışlıq. Əmək haqqı və bank əməliyyatları Əmək haqlarının hesablanması və qanunvericiliyə uyğun tutulmaların müəyyənləşdirilməsi; Bank sisteminin iş prinsiplərinin öyrənilməsi; İnternet bankçılıq əməliyyatlarının icrası: bankdaxili və ölkədaxili köçürmələr; xarici ödənişlər; valyuta mübadiləsi; əmək haqqı ödənişləri; dövlət büdcəsinə ödənişlər; kütləvi ödəniş əməliyyatları. Dövlət qeydiyyatı və digər əməliyyatlar e-customs.gov.az sistemi vasitəsilə gömrük kodunun əldə edilməsi; Biznes və əmək haqqı kartlarının sifariş proseduru; Mövcud elektron ərizə formalarının tətbiqi; Fiziki və hüquqi şəxslərin dövlət qeydiyyatı; Təsərrüfat obyektinin qeydiyyata alınması, dayandırılması və qeydiyyatdan çıxarılması üzrə müraciətlərin hazırlanması; Debitor və kreditor uçotu üçün Excel cədvəllərinin hazırlanması və idarə olunması. Hesabatların hazırlanması Cari vergi ödənişləri üzrə arayışların hazırlanması; DSMF hesabatlarının tərtibi; Statistik hesabatların (aylıq, rüblük və illik) hazırlanması; Sadələşdirilmiş vergi bəyannaməsinin hazırlanması; ÖMV bəyannaməsinin tərtibi; ƏDV bəyannaməsinin hazırlanması. Əlavə modul – Kadr uçotu Təlim çərçivəsində kadr uçotu və ƏMAS sistemi üzrə praktiki biliklər də əldə edəcəksiniz. Kadr uçotu Əmək haqqı və tabel cədvəllərin hazırlanması Müəssisə strukturunun yaradılması İşə qəbul və dəyişikliklər Ştat vahidinin yaradılması Əmək müqavilələri bildirişinin yaradılması Əmək müqavilələrinə dəyişiklik Şirkət daxili əmək müqavilələrinin yaradılması Xitam prossesi Son haqq-hesab Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan nömrəyə göndərə bilərlər. Əlaqə +994 55 995 46 29 Son müraciət tarixi: 13.11.2026

© Avex Audit and Consulting jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT