
Bakı9
Hidroizolyasiya və drenaj işləri üzrə mühəndis
Hidroizolyasiya və drenaj işləri üzrə mühəndis
Negotiable
Verified1 weeks ago
CityBakı
Date
Views9
Number№4640280
Description
Metal trade — sənaye obyektində hidroizolyasiya və drenaj işləri üzrə peşəkar şirkət və ya mühəndis komandası axtarılır
- Metal boru, profil və şifer istehsalı müəssisəsinin bütün ərazisində su sızması və su yığılması problemlərini kompleks qiymətləndirəcək, texniki həll hazırlayacaq və işləri icra edəcək təcrübəli şirkət və ya mühəndis komandası axtarılır
- Ünvan: Metal Trade, Bakı, Binəqədi qəsəbəsi
- Əməkdaşlıq: Layihə və müqavilə əsasında
- Müraciət zamanı şirkət təqdimatı və ya mütəxəssisin CV-si, oxşar layihələrin nümunələri və əlaqə məlumatları göndərilsin.
Tələblər:
- Sənaye obyektlərində, yeraltı konstruksiyalarda, hidroizolyasiya və drenaj işlərində təsdiqlənən təcrübə. Geotexniki və hidrogeoloji mütəxəssis cəlb etmək imkanı.
- Yerində baxışdan sonra iş həcmi, texniki həll, materialların marka və növləri, icra müddəti, detallı smeta və yazılı zəmanət şərtləri təqdim edilməlidir.
Vəzifə öhdəlikləri:
- Yeraltı, zirzəmi tipli anbara yağışdan sonra su sızır. Anbarın bir tərəfi əvvəllər izolyasiya edilib, arxa tərəfi edilməyib
- İstehsalat avadanlıqlarının yer səviyyəsindən aşağı yerləşən hissələrinə və çuxurlarına su dolur
- Tərəzinin altındakı yeraltı hissədə su yığılır
- Müəssisədən verilən məlumata görə, ərazi əvvəllər göl olub, sonradan müxtəlif dolğu materialları və torpaqla doldurulub. Qruntun mövcud vəziyyəti və suyun hərəkəti qiymətləndirilməlidir
Görülməsi tələb olunan işlər:
- Bütün zavod ərazisinə, anbara, avadanlıq çuxurlarına və tərəzinin alt hissəsinə yerində texniki baxış
- Suyun daxilolma mənbələrinin və yollarının müəyyənləşdirilməsi
- Zəruri geotexniki və hidrogeoloji tədqiqatların müəyyənləşdirilməsi və təşkili
- Mövcud hidroizolyasiyanın yoxlanması və çatışmazlıqların aradan qaldırılması
- Yağış və qrunt sularının idarə olunması üçün drenaj, səth mailliyi, su toplama və kənarlaşdırma həllərinin hazırlanması
- Ehtiyac olduqda avtomatik nasos sisteminin layihələndirilməsi
- Dolğu torpağın vəziyyətinə uyğun əsaslandırılmış tədbirlərin təklif edilməsi
- Razılaşdırılmış layihə üzrə işlərin icrası, yoxlanması və təhvili
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Listing source
Open the original listing© Metal Trade MMC boss.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT













