Grand Agro Invitro MMC İstixana istehsalatı üzrə aqronom vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
İstixana və açıq sahələrdə bitkilərin yetişdirilməsi prosesinə nəzarət etmək;
Bitkilərin inkişaf mərhələlərini izləmək və aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsini təmin etmək;
Suvarma, gübrələmə və bitki mühafizəsi tədbirlərini planlaşdırmaq və icrasına nəzarət etmək;
Bitki xəstəlikləri və zərərvericiləri müəyyən etmək, profilaktik və mübarizə tədbirləri həyata keçirmək;
İstehsalat prosesində məhsuldarlığın və keyfiyyətin artırılması istiqamətində təkliflər hazırlamaq;
Gündəlik istehsalat fəaliyyətinə nəzarət etmək və müvafiq hesabatlar hazırlamaq.
Namizədə tələblər:
Aqronomluq, bitkiçilik və ya müvafiq sahə üzrə ali təhsil;
Aqronom vəzifəsində minimum 2 il iş təcrübəsi;
İstixana şəraitində bitki yetişdirilməsi üzrə bilik və təcrübə;
Gübrələmə, suvarma və bitki mühafizəsi sahəsində praktiki biliklər;
Komanda ilə işləmək, planlaşdırma və problemləri operativ həll etmək bacarığı;
Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.
Şirkət tərəfindən təklif olunur
Peşəkar inkişaf imkanları;
“20 Yanvar” və “Koroğlu” metro stansiyalarından servis xidməti;
Şirkət tərəfindən naharla təmin olunma;
Əməkhaqqı müsahibə əsasında müəyyən edilir.
İş yeri: Türkan qəsəbəsi
İş qrafiki: 5 günlük iş həftəsi
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İstixana istehsalatı üzrə aqronom” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/199229/istixana-istehsalati-uzre-aqronom
ADVERTISEMENT
We use cookies Analytics only with your consent; essential cookies are always on.Privacy policy