
Bakı18
Konserva Məhsulları Kateqoriyası üzrə İstehsalat və Satınalma Müdiri

Negotiable
Konserva Məhsulları Kateqoriyası üzrə İstehsalat və Satınalma Müdiri
AnalyzedToday
CityBakı
Date
Views18
Number№5983529
Description
İstehsalat və Texnologiya tərəfi:· İstehsalat təcrübəsi ilə nəzarət: Konserva kateqoriyasındakı (ət konservləri, balıq konservləri, tərəvəz konservləri, meyvə konservləri, paxlalı konservlər, tomat məhsulları, turşular və digər konservləşdirilmiş məhsullar) məhsulların istehsalat sahələrini, zavod daxili xətlərini və texnologiyasını dərindən bilməklə, tərəfdaş fabriklərin istehsal prosesinə peşəkar nəzarət etmək.· Reseptura və Xammal daxilolması: Məhsulların əsas xammal və köməkçi materiallarını, resepturasını və texnoloji parametrlərini mükəmməl bilmək, fabrikin təqdim etdiyi məhsulun keyfiyyətinin standartlara uyğunluğunu (pH, turşuluq, duz, Brix, konsistensiya, sterilizasiya və s.) texnoloji cəhətdən yoxlamaq.· Xammal auditi: Ət, balıq, tərəvəz, meyvə, paxlalılar, tomat, yağ, duz, şəkər, ədviyyatlar və digər xammal növlərini və bazar qiymətlərini təhlil edərək, istehsalçı ilə texniki kommunikasiya qurmaq və gizli keyfiyyət azalması risklərinin qarşısını almaq.Satınalma və Kommersiya tərəfi:· Strateji satınalma: Konserva məhsulları kateqoriyası üzrə satınalma strategiyasını qurmaq, kommersiya baxımından şirkətə ən yuxarı gəlirliliyi (marjanı) təmin etmək.· Müqavilə və Qiymət danışıqları: İstehsalçı fabriklərlə qiymət, ödəniş şərtləri, logistika, minimum sifariş həcmi və tədarük zənciri müqavilələrini ən optimal kommersiya şərtləri ilə bağlamaq.· Maya dəyərinin (Cost) idarə edilməsi: Xammal, qablaşdırma, istehsal, sterilizasiya/pasterizasiya, enerji, logistika və digər istehsal xərclərini təhlil edərək əsaslandırılmış və optimal maya dəyərini formalaşdırmaq.
İş qrafiki:5 gün, 09:00-18:00
Vakansiya növü: Tam ştat
Şirkət: OBA Market MMC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/oba/oba-konserva-mehsullari-kateqoriyasi-uzre-istehsalat-ve-satinalma-mudiri-33498597/apply
ADVERTISEMENT









