Prayk
Qastronom Kateqoriyası üzrə İstehsalat və Satınalma Müdiri — Sənaye, istehsal, Bakı
Negotiable

Qastronom Kateqoriyası üzrə İstehsalat və Satınalma Müdiri

AnalyzedToday
City
Bakı
Date
Views
5
Number
№5983526

Description

İstehsalat və Texnologiya tərəfi:· İstehsalat təcrübəsi ilə nəzarət: Qastronom kateqoriyasındakı (əsasən sosiska, bişmiş kolbasa, hisə verilmiş kolbasa, yarımhisə verilmiş kolbasa, vetçina və digər ət məhsulları) məhsulların istehsalat sahələrini, zavod daxili xətləri və texnologiyasını dərindən bilməklə, tərəfdaş fabriklərin istehsal prosesinə peşəkar nəzarət etmək.· Reseptura və Xammal daxilolması: Məhsulların ət xammalının növlərini, yağ və zülal nisbətini, ət emulsiyasının hazırlanmasını, funksional və texnoloji əlavələri, ədviyyatları və formulunu (resepturasını) mükəmməl bilmək, fabrikin təqdim etdiyi keyfiyyətin standartlara uyğunluğunu (dad, qoxu, rəng, konsistensiya, tekstura və s.) texnoloji cəhətdən yoxlamaq.· Xammal auditi: Ət xammalı, yağ, ədviyyatlar, funksional əlavələr və digər xammal növlərini, onların keyfiyyət göstəricilərini və bazar qiymətlərini təhlil edərək istehsalçı ilə texniki kommunikasiya qurmaq və xammalın və ya resepturanın dəyişdirilməsi nəticəsində yarana biləcək gizli keyfiyyət azalması risklərinin qarşısını almaq.Satınalma və Kommersiya tərəfi:· Strateji satınalma: Qastronom kateqoriyası üzrə, əsasən sosiska və kolbasa məhsulları üzrə satınalma strategiyasını qurmaq, kommersiya baxımından şirkətə ən yuxarı gəlirliliyi (marjanı) təmin etmək.· Müqavilə və Qiymət danışıqları: İstehsalçı fabriklərlə qiymət, ödəniş şərtləri, minimum sifariş həcmi, logistika, soyuq zəncir və tədarük zənciri müqavilələrini ən optimal kommersiya şərtləri ilə bağlamaq.· Maya dəyərinin (Cost) idarə edilməsi: Ət və digər xammal, qablaşdırma, istehsal, logistika və soyuq zəncir xərclərini təhlil edərək əsaslandırılmış və optimal maya dəyərini formalaşdırmaq. İş qrafiki: 5 gün, 09:00-18:00 Vakansiya növü: Tam ştat Şirkət: OBA Market MMC Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/oba/oba-qastronom-kateqoriyasi-uzre-istehsalat-ve-satinalma-mudiri-14363787/apply
ADVERTISEMENT