
Bakı5
Süd Məhsulları Kateqoriyası üzrə İstehsalat və Satınalma Müdiri

Negotiable
Süd Məhsulları Kateqoriyası üzrə İstehsalat və Satınalma Müdiri
AnalyzedToday
CityBakı
Date
Views5
Number№5983535
Description
İstehsalat və Texnologiya tərəfi:· İstehsalat təcrübəsi ilə nəzarət: Süd məhsulları kateqoriyasındakı (süd, qaymaq, xama, qatıq, kefir, ayran, kəsmik, pendir, yağ və digər süd məhsulları) məhsulların istehsalat sahələrini, zavod daxili xətləri və texnologiyasını dərindən bilməklə, tərəfdaş fabriklərin istehsal prosesinə peşəkar nəzarət etmək.· Reseptura və Xammal daxilolması: Məhsulların süd xammalını, yağlılıq faizini, zülal və quru maddə göstəricilərini, starter kulturaları, stabilizator və digər texnoloji komponentləri, həmçinin formulunu (resepturasını) mükəmməl bilmək, fabrikin təqdim etdiyi keyfiyyətin standartlara uyğunluğunu (dad, qoxu, konsistensiya, yağlılıq, pH, quru maddə və s.) texnoloji cəhətdən yoxlamaq.· Xammal auditi: Süd və süd məhsullarının istehsalında istifadə olunan xammal növlərini, keyfiyyət göstəricilərini və bazar qiymətlərini təhlil edərək istehsalçı ilə texniki kommunikasiya qurmaq və xammalın dəyişdirilməsi və ya keyfiyyətinin aşağı salınması nəticəsində yarana biləcək risklərin qarşısını almaq.Satınalma və Kommersiya tərəfi:· Strateji satınalma: Süd məhsulları kateqoriyası üzrə satınalma strategiyasını qurmaq, yerli və xarici istehsalçı və təchizatçıları qiymətləndirmək, kommersiya baxımından şirkətə ən optimal gəlirliliyi (marjanı) təmin etmək.· Müqavilə və Qiymət danışıqları: İstehsalçı fabriklərlə qiymət, ödəniş şərtləri, minimum sifariş həcmi, logistika, soyuq zəncir və tədarük zənciri müqavilələrini ən optimal kommersiya şərtləri ilə bağlamaq.· Maya dəyərinin (Cost) idarə edilməsi: Süd xammalı, digər xammallar, qablaşdırma, istehsal, enerji, soyuq zəncir və logistika xərclərini təhlil edərək əsaslandırılmış və optimal maya dəyərini formalaşdırmaq.
İş qrafiki:5 gün, 09:00-18:00
Vakansiya növü: Tam ştat
Şirkət: OBA Market MMC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/oba/oba-sud-mehsullari-kateqoriyasi-uzre-istehsalat-ve-satinalma-mudiri-26131922/apply
ADVERTISEMENT









